Qazaxıstanda vahid milli elektron kitabxana yaradılacaq
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstanda vahid milli elektron kitabxana yaradılacaq.
"AzPolitika" xəbər verir ki, bu barədə Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin rəsmi nümayəndəsi Almaz Mırzaxmet bildirib.
Nazirlik rəsmisi Qazaxıstan dövlət başçısının “Mütaliə mədəniyyətinin inkişaf etdirilməsi və intellektual xalqın formalaşdırılması tədbirləri haqqında” Fərmanını xatırladıb:
“Bu fərmanın əsas məqsədlərindən biri vahid milli elektron platforma yaratmaqdır. Qazaxıstandakı bütün kitabxana sistemlərini birləşdirəcək elektron kitabxana yaradılacaq. Onun vahid oxucu kartı, vahid kataloqu olacaq. Bunun sayəsində onlayn sistemdə istənilən bölgənin kitabxanasında hansı kitabların neçə nüsxəsinin olduğunu və oxucuların onları neçə dəfə götürdüyünü və sair öyrənmək mümkün olacaq.
Müəlliflərə kitablarını elektron kitabxanaya təqdim etmək imkanı da veriləcək. Layihə hazırlanıb və icra mexanizmləri hökumətə təqdim edilib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 10 Avqust 2026 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















