Qazaxıstanda yanğının söndürülməsinə 220 dən çox insan və 2 helikopter cəlb olunub
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Astana, 21 sentyabr, AZƏRTAC
Qazaxıstanın Abay vilayətinin Ayagöz rayonunda “Tarbağatay” Dövlət Milli Təbiət Parkının ərazisində yanğının söndürülməsi işləri davam edir.
AZƏRTAC Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yanğının söndürülməsinə 226-ya yaxın insan və 43 texnika cəlb olunub. Həmçinin “Kazaviaspas” və Milli Təhlükəsizlik Komitəsinin iki helikopteri yanğının söndürülməsində iştirak edir.
Yanğının söndürülməsini mürəkkəb dağlıq relyef, dik yoxuşlar, yanğın ocaqlarına aparan yolların olmaması və güclü külək çətinləşdirir.
Yaşayış məntəqələri üçün təhlükə yoxdur.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:Qazaxıstanda yanğınların söndürülməsinə 400 dən çox insan cəlb olunub
11 Sentyabr 2026 17:28
Lökbatandakı güclü yanğının söndürülməsinə helikopter cəlb olunub
12 May 2026 08:11
Ağdərədə yanğının söndürülməsinə helikopter cəlb edilib
08 Avqust 2025 09:54
Gürcüstanın Tuşeti bölgəsində yanğının söndürülməsinə helikopter cəlb olunub
24 Avqust 2025 17:51
Ağdam və Ağdərədəki yanğının söndürülməsinə iki helikopter cəlb olunub
23 İyul 2025 09:07
Baxış sayı:89
Bu xəbər 21 Sentyabr 2026 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















