Qazaxıstanda yanğınların söndürülməsinə 400 dən çox insan cəlb olunub
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
Qazaxıstanın Karaqanda vilayətində təbiətdə ötən sutka ərzində ümumi sahəsi ilkin hesablamalara görə 200 hektar olan 8 yanğın söndürülüb.
AZƏRTAC Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, hazırda Şet, Buxar-Jırau və Karkaralı rayonlarının dağ-çöl ərazilərində quru ot və kolluqların yanması ilə əlaqədar daha 5 yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Yanğınların söndürülməsini ərazinin keçilməsi çətin olan dağ-çöl relyefi, havanın isti olması və güclü, arabir şiddətlənən külək çətinləşdirir. Küləyin təsiri ilə alovun yayılma istiqaməti dəfələrlə dəyişib.
Yanğınların söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin, yerli icra orqanlarının və meşə təsərrüfatlarının 400-dən çox əməkdaşı və 100-dən artıq texnika cəlb olunub. Operativ qərargah sutka ərzində fasiləsiz fəaliyyət göstərir.
Vəziyyət Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin nəzarətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 11 Sentyabr 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















