Qazaxıstandan Rusiyaya yanacaq tədarükü ilə bağlı açıqlma
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Rusiya hökuməti tərəfindən rəsmi müraciət daxil olacağı təqdirdə, Qazaxıstan yanacaq-sürtkü materiallarının Rusiyaya qarşılıqlı faydalı kommersiya şərtləri əsasında satılması imkanını nəzərdən keçirməyə hazırdır.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Energetika Nazirliyi bildirib.
Nazirlikdən qeyd olunub ki, neft məhsullarının tədarükü sahəsində beynəlxalq sazişlərin və kommersiya müqavilələrinin bağlanması yalnız sərbəst resurs potensialı mövcud olduğu təqdirdə mümkündür.
Bununla yanaşı, Energetika Nazirliyi vurğulayıb ki, Astana üçün mütləq prioritet ölkənin daxili bazarının tam və fasiləsiz təminatıdır.
Qonşu dövlətlərə ixrac tədarükü yalnız Qazaxıstanın öz vətəndaşlarının və iqtisadiyyatının tələbatının ödənilməsi üçün heç bir risk yaranmadığı təqdirdə həyata keçirilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 02 İyul 2026 01:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















