Qazaxıstanın Baş naziri: ABŞ mallarına cavab rüsumları tətbiq olunmayacaq
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstan ABŞ mallarına cavab tədbiri olaraq rüsumları artırmayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Astanada keçirilən mətbuat konfransında Qazaxıstanın Baş naziri Oljas Bektenov bildirib.
O qeyd edib ki, Qazaxıstanın ABŞ-yə ixracının 95 %-i ölkə Prezidenti Donald Trampın təklif etdiyi rüsumları əhatə etmir. Qalan 5 % isə "kritik yük daşımır".
"Buna baxmayaraq, biz ABŞ ilə danışıqlar aparırıq", - O.Bektenov vurğulayıb.
Məlumata görə, ABŞ avqustun 1-dən etibarən Qazaxıstan mallarının idxalına 25 % həcmində rüsum tətbiq etmək niyyətini elan edib.
Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Donald Trampa cavab məktubunda Qazaxıstanın konstruktiv dialoqu davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 15 İyul 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















