Qazaxıstanın yeni iqtisadiyyat nazirinin adı məlum olub YENİLƏNİB
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Serik Jumanqarin Qazaxıstanın yeni milli iqtisadiyyat naziri - Baş nazirin müavini olub.
“Report” “Akorda”nın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fərman imzalayıb.
“S.Jumanqarinin namizədliyi Qazaxıstan Məclisinin İqtisadi İslahat və Regional İnkişaf Komitəsinin iclasında razılaşdırılıb”, - Məclisin məlumatında bildirilib.
Qeyd edək ki, S.Jumanqarin bundan əvvəl Qazaxıstan Baş nazirinin müavini vəzifəsində çalışıb.
12:01
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Baş nazirin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarovun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Bu barədə “Report” "Akorda"nın mətbuat xidmətinə istinadən xəbər verir.
"Dövlət başçısının fərmanı ilə Baybazarov Nurlan Serikoviç Qazaxıstan Respublikasının Baş nazirinin müavini - Milli İqtisadiyyat naziri vəzifəsindən azad edilib", - məlumatda bildirilib.
Qeyd edək ki, N.Baybazarov 2024-cü ilin fevralından Baş nazirin müavini - milli iqtisadiyyat naziri vəzifəsində çalışırdı.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 21 Dekabr 2024 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















