Qazaxıstanın yeni yük daşıyıcısı Azərbaycanla dəniz əlaqəsini gücləndirəcək
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
“Semurq İnvest” MMC-nin baş direktoru Nurjan Marabayev bildirib ki, Qazaxıstanın daha bir yük gəmisi Kurık limanı ilə Azərbaycan limanları arasında üzəcək.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, Nurjan Marabayevin sözlərinə görə, Qazaxıstan Respublikasının strateji vəzifələrindən biri qeyri-kafi liman imkanları probleminin həlli ilə yanaşı, dəniz donanmasının inkişafıdır.
“Kompleks logistik xidmətlərin göstərilməsinin etibarlılığını artırmaq üçün 7,4 min ton yükgötürmə qabiliyyətinə malik quru yük daşıyan gəminin alınmasına dair saziş imzalanıb. Gəmi artıq səfərbər olunub və o, Volqa-Don kanalı ilə Həştərxana çatıb. Onun dekabrın 20-də Kurık limanına çatması gözlənilir. Gəminin Kurık limanı ilə Azərbaycan limanları arasında müntəzəm xətdə yerləşdirilməsi planlaşdırılır”, - deyən Marabayev bu tipli bir gəminin ildə 240 min tona qədər ixrac yükü daşıya biləcəyini vurğulayıb.
O, həmçinin qeyd edib ki, şirkət ticarət donanmasını altı gəmiyə çatdırmağı planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 11 Dekabr 2024 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















