Icma.az
close
up
RU
Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta dəhlizin imkanlarını genişləndirəcək

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta dəhlizin imkanlarını genişləndirəcək

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 8 oktyabr, AZƏRTAC

Orta dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası regionda marşrut imkanlarını genişləndirə və Azərbaycanın əsas nəqliyyat-logistika qovşaqlarından biri kimi rolunu gücləndirə bilər.

Bu barədə AZƏRTAC-a açıqlamasında Qazaxıstan Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun Asiya araşdırmaları şöbəsinin müdiri Aydar Kurmaşev söyləyib.

“TRIPP ilə inteqrasiya Orta dəhlizə Ermənistan ərazisindən keçməklə Naxçıvana və daha sonra Türkiyəyə əlavə çıxış imkanı verə bilər. Bu, Gürcüstan ərazisindən keçən mövcud istiqamətləri tamamlayar. Fikrimcə, burada əsas dəyişiklik Xəzəri keçdikdən sonra yükdaşıma üçün bir neçə marşrut variantının yaranmasıdır. Bu, yük göndərənlərə marşrutu qiymətə, çatdırılma müddətinə və marşrutun ayrı-ayrı hissələrinin yüklənmə səviyyəsinə əsasən seçmək imkanı verərdi. Azərbaycanın əsas ərazisi ilə Ermənistandan keçməklə Naxçıvan arasında əlaqə yaradılması TRIPP üzrə çərçivə sazişində də nəzərdə tutulub.

Azərbaycan üçün bu, Xəzərdən keçən yüklərin sonrakı istiqamətlər üzrə bölüşdürüldüyü qovşaq kimi rolunu gücləndirmək imkanıdır. Əlavə iqtisadi səmərə Ələt limanı ətrafında yarana bilər: anbar sahələrinə, konteyner yüklərinin konsolidasiyasına, nəqliyyat avadanlıqlarının təmiri və texniki xidmətinə tələbat arta bilər. Daşımaların sabit axını təmin olunarsa, biznesin bu xidmətlərə investisiya yatırması üçün əsas yaranar. Naxçıvanın ölkənin əsas ərazisi ilə daha sıx iqtisadi əlaqələrə və beynəlxalq tranzitə inteqrasiyası üçün yeni imkanlar yaranır.

Qazaxıstan marşrut seçiminin bu cür genişləndirilməsində maraqlıdır. İxracatçılarımıza Türkiyə və Avropa bazarlarına etibarlı çıxış, daşıyıcılarımıza isə müştərilərə müxtəlif çatdırılma şərtləri təklif etmək imkanı lazımdır. Bununla yanaşı, bu istiqamətlərin hamısının ortaq hissəsi Xəzər dənizidir. Buna görə də yeni quru qolunun daha səmərəli olması üçün dəniz əlaqəsinin etibarlılığı da eyni vaxtda artırılmalıdır.

Hazırda TRIPP praktiki icraya hazırlıq mərhələsindədir, belə ki, oktyabrın 6-da Ermənistan hökuməti layihənin həyata keçirilməsinə başlanılması üzərində iş aparıldığını bildirib. Ekspert müzakirələri bütün daşınmanın dəyərini, birləşdirici hissələrin hazır olacağı müddətləri və sərhədlərin keçilmə qaydalarını müəyyən etməlidir. Marşrutun dayanıqlılığı razılaşdırılmış prosedurlardan, ölkələrin suverenliyinə riayət olunmasından və hər bir tərəfin onun hər gün fasiləsiz fəaliyyət göstərməsində maraqlı olmasından asılı olacaq”, - deyə ekspert qeyd edib.

Yük axınının real artımı üçün zəruri olan infrastruktur həllərindən danışan A.Kurmaşev Xəzərin hər iki sahilində nəqliyyat infrastrukturunun imkanlarının koordinasiya olunmasının zəruriliyini vurğulayıb.

“Mən ilk növbədə Xəzərin hər iki sahilində nəqliyyat infrastrukturunun imkanlarının koordinasiya olunmasından başlayardım. Aktau, Kurık və Ələt limanı üçün körpüləri, yükləmə-boşaltma avadanlıqlarını, dəmir yolu bağlantılarını və mövcud donanmanı birgə planlaşdırmaq lazımdır. Xəzərin səviyyəsinin aşağı düşməsi investisiya qərarları qəbul edilərkən limana giriş kanallarının dərinliyinin və gəmilərin suya oturmasının nəzərə alınmasını tələb edir. Dünya Bankı artıq dayazlaşmanın liman əməliyyatlarına təsirinə diqqət çəkib; Qazaxıstanda dərinləşdirmə layihələri həyata keçirilir. Əgər yük gəmi və ya boş dəmir yolu qatarı gözləməli olacaqsa, terminalın genişləndirilməsi gözlənilən səmərəni verməyəcək.

TRIPP ilə əlaqəni təmin etmək üçün bütün dəmir yolu marşrutunun – Horadiz-Ağbənd xəttinin, Ermənistan ərazisindən keçən hissənin, yenidən qurulan Naxçıvan dəmir yolu şəbəkəsinin və Türkiyənin Qars-İğdır-Dilucu dəmir yolu xəttinə çıxışın istismara veriləcəyi müddətləri razılaşdırmaq lazımdır. Azərbaycan artıq Naxçıvanda işlər aparır və rəsmi layihədə Türkiyə ərazisindəki dəmir yolu hissəsi ilə texniki əlaqənin təmin olunması birbaşa nəzərdə tutulub. Bu baxımdan sərhəd stansiyalarının, yükləmə-boşaltma imkanlarının və qatarların hazırlıq vəziyyətini birgə yoxlamaq lazımdır. Hər bir hissə qonşu hissənin təmin edə biləcəyi həcmdə yük qəbul etməlidir.

Növbəti vəzifə daşıyıcıların və nəzarət orqanlarının fəaliyyətini əlaqələndirməkdir. Yük sahibinə koordinasiya olunmuş terminallar arasında daşınmanın əvvəlcədən məlum olan qiyməti, tam müddəti və bütün marşrut zəncirinə cavabdeh operator lazımdır. Bunun üçün müvafiq elektron sənədlər, gömrük məlumatlarının ilkin mübadiləsi və qatarların hərəkət cədvəllərinin gəmilərin yola düşmə vaxtları ilə uzlaşdırılması tələb olunur. Dünya Bankı dəhliz üzrə daşımaların əhəmiyyətli dərəcədə artırılması üçün məhz infrastruktur yatırımlarının prosedurların təkmilləşdirilməsi ilə birləşdirilməsini şərt hesab edir.

Ayrıca olaraq, tələbatı da təsdiqləmək lazımdır. Azərbaycan, Qazaxıstan və tərəfdaşların əvvəlcədən konkret ixracatçılarla işləməsi, müntəzəm yük partiyalarını və konteynerlərin geri yüklənməsini koordinasiya etməsi də məqsədəuyğundur”, – deyə A.Kurmaşev yekunlaşdırıb.

Müxbir – Pərvanə Qafarova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2026 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri