Icma.az
close
up
RU
Qazaxıstanlı nazir: KazMunayQaz BTC ilə neft ixracının tezliklə bərpasını müzakirə edir

Qazaxıstanlı nazir: KazMunayQaz BTC ilə neft ixracının tezliklə bərpasını müzakirə edir

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qazaxıstanın "KazMunayQaz" (KMG) şirkəti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə neft ixracının bərpası ilə bağlı danışıqlar aparır".

Oxu.Az xəbər verir ki, bunu "Report"un sualına cavabında Qazaxıstanın energetika naziri Erlan Akkenjenov deyib.

"Qazaxıstan neftinin BTC ilə tranzitinin dayandırılması barədə məlumat var idi. Hazırda KMG bu marşrut üzrə tranzitin tezliklə bərpası ilə bağlı danışıqlar aparır", - nazir vurğulayıb.

Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə öz neftinin ixrac həcmini artırmaq barədə planlarına diqqət yetirən E.Akkenjenov bildirib ki, kəmər illik 50 milyon ton ötürmə qabiliyyətinə malikdir, hazırda isə neftin nəqli həcminin təxminən 25 milyon ton təşkil etdiyini bildirib.

"Planları həyata keçirmək üçün imkanlar var. Əgər Qazaxıstandan olan yükgöndərənlərin iqtisadi marağı olarsa, neft həmişə tapılacaq", - nazir deyib.

Qeyd edək ki, bu marşrutla daşınan Azərbaycan neftinin ayrı-ayrı partiyalarında üzvi xloridlərin izləri aşkar edildikdən sonra ixrac dayandırılıb.

İyul ayında bir sıra KİV mənbələrə istinadən bildiriblər ki, "Azeri Light" Azərbaycan neftinin ayrı-ayrı partiyalarında hasilatın həcmini artırmaq üçün istifadə olunan maddələrin - üzvi xloridlərin həddindən artıq olması aşkar edilib.

"BP-Azerbaijan" şirkəti iyulun 24-də bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri boyunca bütün obyektlərdə neftin keyfiyyətinin yoxlanılması xammalın spesifikasiya tələblərinə uyğunluğunu təsdiqləyib. Üzvi xloridlər Türkiyənin Ceyhan limanındakı terminalın bəzi rezervuarlarında aşkar edilib.

Daha sonra "S&P Global" agentliyi bu səbəbdən BTC ilə Qazaxıstandan neft tədarükünün müvəqqəti dayandırıldığını bildirmişdi.

Xatırladaq ki, Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Həmçinin boru kəməri ilə Xəzər dənizi regionunun bir sıra digər ölkələrindən neft nəql edilib. BTC-nin ötürmə qabiliyyəti illik 50 milyon tondan çox neftdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Avqust 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see231

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see205

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see180

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see150

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see148

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see142

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see136

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see136

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see134

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see131

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see129

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see128

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see128

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see127

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri