Icma.az
close
up
RU
Qazaxıstanlı nazir müavini: TDT ölkələrinin media təşkilatlarının saxta xəbərlərə qarşı birgə fəaliyyəti vacibdir

Qazaxıstanlı nazir müavini: TDT ölkələrinin media təşkilatlarının saxta xəbərlərə qarşı birgə fəaliyyəti vacibdir

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikası Prezidentinin son dövlət səfəri də ikitərəfli əməkdaşlığımıza təkan verdi və dövlət başçılarımız əməkdaşlığımıza yüksək dinamika qatdılar. Buna görə biz də geri qalmamalı, bu tempə uyğun çalışmalıyıq.

Bu sözləri APA-ya açıqlamasında Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov deyib.

Qazaxstan hökümətinin Türk Dövlətləri Təşkilatının (TDT) informasiya nazirlərinin növbəti sammitinin Astana şəhərində keçirilməsini təklif etdiyini qeyd edən İskakov bu yüksək səviyyəli toplantı çərçivəsində media qurumlarının rəhbərləri ilə konkret layihələri müzakirə etmək və müəyyən nəticələr əldə etməyin mümkün olacağını bildirib:

“Tərəfdaşlarımızı dəvət edərkən vurğulamışdım ki, biz bütün dostlarımızı gözləyirik — əlbəttə, dövlət qurumlarının rəhbərlərini, amma həmçinin media təşkilatlarının menecerlərini və rəhbərlərini də gözləyirik ki, onlar da öz səviyyələrində konkret birgə layihələrin həyata keçirilməsi üzrə razılığa gəlsinlər. Düşünürəm ki, layihələrimiz xalqlarımız üçün maraqlı olacaq və bu sahədə böyük potensialımız, böyük perspektivlərimiz var”.

İskakov dövlətlər səviyyəsində çox səmərəli əməkdaşlıqla yanaşı TDT ölkələrinin media təşkilatları, televiziya kanalları və informasiya agentlikləri səviyyəsində təcrübə və məzmun mübadiləsi aparmaq, habelə saxta xəbərlərə qarşı ümumi gündəm formalaşdırmaq üçün də birgə fəaliyyətin vacib olduğunu vurğuladı.

Bəzən saxta xəbərlərin ölkələr arasında və ya hər hansı bir ölkənin daxilində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif oyunçular tərəfindən süni şəkildə yaradıldığını qeyd edən nazir müavini əməkdaşlığın saxta xəbərlərə qarşı mübarizədə açar rol oynadığını qeyd etdi.

“Şübhəsiz ki, dezinformasiya ilə mübarizənin əsas aləti media savadlılığıdır. İkinci vacib məsələ isə media qurumlarımızın və informasiya resurslarımızın qarşılıqlı əməkdaşlığıdır. Bu platformada onlar bir-biri ilə ünsiyyətdə olaraq məlumat mübadiləsi edə, əlaqə məlumatlarını paylaşa bilər, digər ölkələrdə yaşayan həmkarlarına zəng edib informasiyanı yoxlaya bilərlər. Beləliklə, onlar dəqiq məlumat əldə edərlər və hər hansı məlumatı paylaşmazdan əvvəl, onu təkcə rəsmi dövlət qurumlarının deyil, həm də TDT platforması çərçivəsində yaranmış əlaqələr vasitəsilə yoxlaya bilərlər”, - İskakov bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Noyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri