Icma.az
close
up
RU
QDF işğaldan azad edilmiş ərazilərin bərpası üçün ianələrin cəlb edilməsi məqsədi ilə donor və tərəfdaşları ilə görüş təşkil edib FOTOLAR

QDF işğaldan azad edilmiş ərazilərin bərpası üçün ianələrin cəlb edilməsi məqsədi ilə donor və tərəfdaşları ilə görüş təşkil edib FOTOLAR

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mayın 26-da Qarabağ Dirçəliş Fondunun (QDF) və “Opalus Partners Group” şirkətinin birgə  təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində 
görülən işlərə dəstək göstərilməsi məqsədilə “Qarabağın dirçəlişi üçün korporativ dəstək:  ianə və təşviqat” mövzusunda görüş keçirilib. 

“Qarabağ Dirçəliş Fondunun Dostları” işgüzar platforması çərçivəsində baş tutan tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktorun müşaviri İlqar Nuri, “Opalus Partners Group”  şirkətinin direktoru Çimnaz Qasımova, eləcə də Fondun donor və tərəfdaşları, bir sıra dövlət  qurumlarının və şirkətlərin nümayəndələri iştirak ediblər. 
Görüşün məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, o cümlədən Fondun fəaliyyəti və həyata keçirdiyi layihələrlə bağlı məlumatların təqdim  olunması, eləcə də qurumların/şirkətlərin əməkdaşları arasında ianəçilik mədəniyyətinin təşviq olunması istiqamətində fikir və təcrübə mübadiləsinin aparılması olub. 
Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad 
edilmiş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdirildiyini bildirərək,  Fondun bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb.   İdarə Heyətinin sədri QDF-in fəaliyyətinin prioritet istiqamətləri, eləcə də Fondun bu günə  qədəki maliyyə göstəricilərini diqqətə çatdırıb.  Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov işğaldan azad edilmiş ərazilərdə təhsil sisteminin yenidən qurulması və ixtisaslı kadrların hazırlanması  istiqamətində Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığın perspektivləri ilə bağlı fikirlərini  bölüşüb. 
Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktorun müşaviri İlqar Nuri  Azərbaycanda ianə mədəniyyətindən və işğaldan azad edilmiş ərazilərin bərpasında 
ianəçiliyin rolundan danışıb. Qarabağ Dirçəliş Fondunun bir sıra layihələrində donor və tərəfdaş kimi iştirak etdiklərini deyən İlqar Nuri digər şirkətləri QDF-lə yaxından əməkdaşlıq 
etməyə və bununla da Qarabağın bərpasına və dirçəldilməsinə töhfə verməyə çağırıb. 
Qarabağ Dirçəliş Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəşad Qasımzadə Fond  tərəfindən maliyyə dəstəyi ayrılan və icra olunan layihələrlə bağlı geniş təqdimatla çıxış edib.  
Daha sonra Fondun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova  Fondun fandreyzinq layihələri və ianə imkanları ilə bağlı məlumat verib (İanə üsulları ilə ətraflı 
burada tanış ola bilərsiniz: https://qdf.gov.az/iane-imkanlari/).  
28 May tarixində Müstəqillik Gününün, 22 iyul tarixində isə milli mətbuatın yaradılmasının 150 illiyinin qeyd olunacağını xatırladan Pərvin Bağırova, tədbir iştirakçılarını bu əlamətdar günlər 
münasibətilə Fonda ianə edərək Qarabağın bərpası kimi mühüm bir missiyanın iştirakçısı  olmağa dəvət edib (Hədiyyə ianə sertifikatı üçün bura daxil olun: https://qdf.gov.az/iane- imkanlari/hediyye/.  
Pərvin Bağırova Fondun həyata keçirdiyi bir sıra layihələr – “Qarabağın Rəngləri”, “Dirçəliş  Kuboku” futbol turniri, “Qarabağ Gecəsi” xeyriyyə konserti, “Nə? Harada? Nə zaman?” 
intellektual xeyriyyə turniri ilə bağlı da geniş məlumat verib, ictimai təşəbbüsləri  dəstəkləməklə sosial təsirin gücləndirilməsinin vacibliyini vurğulayıb. 
26 iyunda 2025-ci il tarixində “Qarabağ Gecəsi” adlı növbəti xeyriyyə konsertinin keçiriləcəyini  diqqətə çatdıran Pərvin Bağırova hər kəsi bilet alaraq işğaldan azad edilmiş ərazilərin bərpası 
istiqamətində görülən işlərə dəstək olmaları üçün çağırış edib.  
Görüşün sonunda korporativ könüllülük prinsiplərinin təşviqi, əməkdaşların bilik, bacarıq və resurslarının sosial fayda naminə yönləndirilməsi, eləcə də bu istiqamətdə ictimai maraqlı 
təşəbbüslərin stimullaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. 
Tədbirin sonunda xatirə şəkli çəkilib.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 May 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri