Icma.az
close
up
RU
Qəbələ nin legioneri: Qol buraxdıqdan sonra heç kim panikaya düşmədi MÜSAHİBƏ

Qəbələ nin legioneri: Qol buraxdıqdan sonra heç kim panikaya düşmədi MÜSAHİBƏ

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qəbələ"nin müdafiəçisi İsaak Amoah Sportal.az saytına müsahibə verib.

- “Qəbələ" bu turda mövsümün 2-ci qələbəsini qazandı. "Araz-Naxçıvan"la oyun sizin üçün necə keçdi? Demək olar ki, hər şey istədiyiniz kimi keçdi?

Matç ilk dəqiqədən gərgin başladı. Amma biz buna hazır idik. Yaxşı başladıq, erkən qol vurduq və hətta onlar bərabərləşdirdikdən sonra belə, sakit və mütəşəkkil qaldıq. Şəxsən mən meydanda özümü rahat hiss edirdim, müdafiədə intizamlı idik, yaxşı ünsiyyət qurduq və əsas anları idarə etdik. Oyun mükəmməl deyildi, amma komanda olaraq məşqçinin planına əməl etdik və qələbəni qazandıq.

- “Araz-Naxçıvan" çempionatın iddialı klublarından biri hesab olunur. Onlara qarşı matçda həlledici an hansı idi?

Düşünürəm ki, həlledici amil bizim mentalitetimiz idi. Qol buraxdıqdan sonra heç kim panikaya düşmədi, oyun quruluşumuzu qoruduq, duellərdə aqressiv qaldıq və ikinci qolun gələcəyinə inandıq. İkinci hissədə keçidlərimiz daha kəskin idi və üç xalı qazanmaq üçün daha çox istək göstərdik. Bu mentalitet və birlik fərq yaratdı.

- Sizcə, "Qəbələ" bu mövsüm yaxşı oynasa da, ən yaxşı halda niyə 13-cü turda 2-ci qələbəsini qazandı? Qalib gəlməyinizə nə mane oldu?

Bəzən yaxşı oyunlar dərhal nəticəyə çevrilmir. Dominantlıq etdiyimiz, amma son detalların çatışmadığı və ya xal itkisinə səbəb olan kiçik səhvlərə yol verdiyimiz oyunlarımız oldu. Həmçinin, biz hələ də kimya quran gənc bir komandayıq. Amma vacib olan odur ki, oyunlarımız sabit qalr və indi bunu nəticəyə çeviririk. Bu qələbə irəliləyişimizi göstərir.

- "Qəbələ" xal sayını 8-ə çatdırdı və 10-cu yerə yüksəldi. Demək olar ki, Premyer Liqada qalmaq uğrunda mübarizə "Qəbələ", "Kəpəz" və "Karvan-Yevlax" arasında olacaq, yoxsa "Qəbələ"nin daha yüksək hədəfləri var?

İlk məqsədimiz həmişə Premyer Liqa statusunu təmin etməkdir, amma şəxsən mən inanıram ki, qarşımıza daha yüksək hədələr qoya bilərik. Hər bir rəqibə hörmətlə yanaşırıq, eyni zamanda keyfiyyətimizə də güvənirik. Daha çox ardıcıllıqla turnir cədvəlində yüksələ bilərik. Mövsüm uzundur və hər həftə inkişaf edirik. Deməli, özümüzü yalnız liqada qalmaq uğrunda mübarizə aparmaqla məhdudlaşdırmırıq.

- Dörd gündən sonra ölkə kubokunda "Şəfa" ilə qarşılaşacaqsınız. I Liqada liderə qarşı matçda qalib gəlmək şansınızı necə qiymətləndirirsiniz? "Qəbələ"nin kubokdakı məqsədi nədir?

Biz "Şəfa"ya hörmət edirik, I Liqada lider olmaq onların rəqabətli və özünəinamlı olması deməkdir. Amma biz həm də hazırlığımıza və keyfiyyətimizə güvənirik. Kubok "Qəbələ" üçün vacibdir və biz mümkün qədər irəliləmək istəyirik. Diqqətimizi cəmləsək, futbolumuzu oynasaq və "Araz-Naxçıvan"la matçda eyni döyüş ruhunu qoruyub-saxlasaq, irəliləyə biləcəyimizə inanırıq.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sportal.az
archiveBu xəbər 02 Dekabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri