Icma.az
close
up
RU
“Qəbələdə kino günləri” başlayır

“Qəbələdə kino günləri” başlayır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) təşkilatçılığı ilə aprelin 29-dan mayın 1-dək “Qəbələdə kino günləri” keçiriləcək.

Bu barədə AZƏRTAC-a AKİ-dən məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində Azərbaycanın müasir, tanınmış rejissorlarının bədii və sənədli filmləri regionlarda nümayiş olunur, tamaşaçılarla yaradıcı görüşlər keçirilir.

Bu təşəbbüsün əsas məqsədi paytaxtdan kənarda yaşayan tamaşaçıların da müasir Azərbaycan kinosu ilə daha yaxından tanış olmasına şərait yaratmaq, regionlarda kino mədəniyyətini canlandırmaq və xüsusilə gənc tamaşaçılar arasında kinoya marağı artırmaqdır. Nümayişlərdən sonra filmlərin yaradıcı heyəti ilə müzakirələr və sual-cavab sessiyaları tədbirin əsas hissəsini təşkil edir.

Layihə çərçivəsində “Aranda kino günləri”, “Lənkəranda kino günləri”, “Şirvanda kino günləri”, “Gəncədə kino günləri” və digər bölgələrdə silsilə tədbirlər təşkil olunub. Proqramda həm dövlət sifarişi əsasında çəkilmiş, həm də müstəqil Azərbaycan filmləri yer alıb.

Tədbir çərçivəsində rejissor Zaur Qasımlının “Tağıyev: Neft”, İlqar Nəcəfin “Nar bağı” tammetrajlı bədii filmləri, Pərviz Həsənovun “Başlıbel – Mühasirə gündəliyi” tammetrajlı sənədli filmi, Fariz Əhmədovun “Sonuncu” qısametrajlı sənədli filmi, Elvin Adıgözəlin “Rəna xanımın çəkilişi”, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Qulu Əsgərovun “Hasar”, Daniel Quliyevin “Uzaq” qısametrajlı bədii filmləri nümayiş olunacaq.

AKİ bu təşəbbüslə milli kinonun regionlarda daha geniş auditoriyaya çatdırılmasını və kino sahəsində dialoqun inkişafını hədəfləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see394

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see323

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see265

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see262

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see258

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see245

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see240

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see231

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see228

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see221

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see219

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see219

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see217

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see215

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see207

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see205

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see202

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see199

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see198

Liviyanın neft itkiləri 30,7 milyon dolları ötüb

22 Noyabr 2026 06:49see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri