Icma.az
close
up
RU
Qəbələdə məşhur otelin sahibi Şaxta baba nı döydüyü üçün cəzalandırıldı

Qəbələdə məşhur otelin sahibi Şaxta baba nı döydüyü üçün cəzalandırıldı

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Qəbələdə Yeni il şənliyi zamanı “Şaxta baba” obrazında olan şəxsi döyməkdə təqsirləndirilən “Fortuna Boutique Hotel”in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib.

Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, ali təhsilli, evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Samir Abdullayev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib.

Hadisə 2025-ci ilin dekabrında Qəbələ şəhərində, Heydər Əliyev prospektində yerləşən “Fortuna” otelinin restoranında baş verib.

Məhkəmə materiallarına görə, Yeni il şənliyi zamanı “Şaxta baba” obrazında çıxış edən Qəbələ rayonunun Mirzəbəyli kənd sakini Kamran Eyyubovla otelin icarədarı Eldar arasında mübahisə yaranıb. Mübahisə zamanı Kamran Eyyubov Eldarı itələyib. Bundan sonra Samir Abdullayev “Şaxta baba” obrazında olan şəxsə yaxınlaşaraq onun üz nahiyəsinə zərbə endirib.

Hadisə ilə bağlı əvvəlcə Samir Abdullayev və Eldar Əhmədov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanıb. Lakin sonradan cinayət işinə xitam verilib və əməldə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əlamətlərinin olduğu qənaətinə gəlinib.

Məhkəmədə Samir Abdullayev özünü təqsirli bilməyib. O, hadisə günü oteldə şənlik keçirilmədiyini, “Şaxta baba” və “Qar qız” obrazlarının isə onun deyil, əvvəllər oteldə işləmiş şəxslərin təşəbbüsü ilə gətirildiyini bildirib.

Abdullayev iddia edib ki, münaqişə zamanı tərəfləri ayırmağa çalışıb və “Şaxta baba” obrazında olan şəxsi yalnız əli ilə kənara itələyib. Onun sözlərinə görə, hadisədən sonra qarşı tərəf ondan 1000 manat pul tələb edib.

Zərərçəkmiş Kamran Eyyubov isə məhkəmədə bildirib ki, Samir Abdullayev ona yumruqla zərbə vurub və nəticədə yerə yıxılıb. O, həmçinin Abdullayev və Eldar tərəfindən döyüldüyünü deyib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişin sol gözaltı nahiyəsində qançır və sol diz oynağının ön səthində sıyrıq aşkarlanıb. Ekspertiza həmin xəsarətləri sağlamlığa zərər vurmayan bədən xəsarətləri kimi qiymətləndirib.

Məhkəmədə araşdırılan videogörüntüdə “Şaxta baba” obrazında olan şəxslə bir qızın oynadığı zaman Eldarın onların arasına girdiyi, bundan sonra Kamranın Eldarı əli ilə itələdiyi və Samir Abdullayevin Kamranın üz nahiyəsinə zərbə endirdiyi müəyyən olunub.

Məhkəmə Samir Abdullayevin əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olduğunu hesab edib.

Qeyd edək ki, həmin maddəyə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə 300 manatdan 500 manatadək cərimə və ya iki ayadək inzibati həbs nəzərdə tutulur.

Məhkəmə işin hallarını, Abdullayevin şəxsiyyətini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, ona maddənin maksimal həddində — 500 manat inzibati cərimə tətbiq edib.

Qeyd edək ki, Qəbələ şəhəri, Heydər Əliyev prospektində yerləşən “Fortuna” (Fortuna Boutique Hotel / Fortuna Resort Qebele) ailəvi istirahət mərkəzi və otel kompleksidir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Oktyabr 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri