Qəbələdə yaşayış evi YANDI
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qəbələdə fərdi yaşayış evində yanğın baş verib.
Redaktor.az “Unikal”a istinadla xəbər verir ki, hadisə rayonun Kürd kəndində 1986-cı il təvəllüdlü Atakişiyev Pərviz Məsim oğluna məxsus evdə qeydə alınıb.
Yanğın yerinə Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadaları cəlb olunub. Hadisə nəticəsində ümumi sahəsi 80 kvadratmetr olan fərdi yaşayış evinin yanar konstruksiyaları və evin içərisindəki əşyalar tamamilə yanıb.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:98
Bu xəbər 04 Yanvar 2026 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















