Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Qəbələdən başlayan böyük oyun: Səssiz gücə çevrilən Bakı

Qəbələdən başlayan böyük oyun: Səssiz gücə çevrilən Bakı

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

“Qlobal gərginliyin artdığı bir mərhələdə Qəbələ yenidən diqqət mərkəzinə çevrilir. Burada keçirilən yüksək səviyyəli görüşlər və diplomatik təmaslar göstərir ki, Bakı artıq təkcə regional paytaxt deyil, eyni zamanda yeni geosiyasi və iqtisadi balansların formalaşdığı əsas platformalardan biridir. Xüsusilə cənab Prezident  İlham Əliyev ilə Çexiya baş naziri Andrey Babiş arasında baş tutan görüş Azərbaycan-Avropa münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Onun sözlərinə görə, Qəbələnin diplomatik məkan kimi ön plana çıxması təsadüfi deyil. “Bu şəhər artıq yalnız turizm mərkəzi yox, həm də qeyri-formal diplomatiyanın effektiv platforması kimi çıxış edir. Qlobal gərginliyin artdığı bir dövrdə məhz belə neytral və rahat mühitlərdə keçirilən görüşlər daha açıq və praqmatik dialoqa imkan yaradır”, -o vurğulayıb.
 O əlavə edib ki, bu kontekstdə Qəbələdə keçirilən görüşlər Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun praktik təzahürüdür: “Bakı bir tərəfdən Qərb institutları ilə əlaqələri dərinləşdirir, digər tərəfdən isə regional aktorlarla münasibətlərdə tarazlığı qoruyur.

Bakı–Praqa xətti: iqtisadi praqmatizm və strateji yaxınlaşma

Praqa ilə Bakı arasında münasibətlərin inkişaf dinamikası göstərir ki, tərəflər artıq klassik diplomatik çərçivədən çıxaraq praqmatik iqtisadi əməkdaşlığa üstünlük verirlər. Çexiya Baş nazirini müşayiət edən geniş biznes heyəti bu səfərin əsas mahiyyətini açıq şəkildə ortaya qoyur. İqtisadi tərəfdaşlığın dərinləşdirilməsi, yeni investisiya platformalarının yaradılması, enerji və yaşıl texnologiyalar sahəsində əməkdaşlıq. İki ölkə arasındakı ticarət dövriyyəsinin 800 milyon dollardan çox olması və Çexiyanın Azərbaycanın əsas ixrac tərəfdaşlarından birinə çevrilməsi bu münasibətlərin real iqtisadi baza üzərində qurulduğunu göstərir.

Enerji diplomatiyası: Azərbaycanın Avropadakı çəkisi artır
Enerji amili Bakı–Praqa münasibətlərində həlledici rol oynayır. Azərbaycan artıq Çexiyanın əsas neft tədarükçülərindən birinə çevrilib və bu ölkənin idxalında 40%-dən çox paya sahibdir. Bu fakt bir neçə mühüm məqamı üzə çıxarır:
Birincisi, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu artır. Alternativ enerji marşrutlarının əhəmiyyəti yüksəlir, Rusiyadan enerji asılılığının azalması prosesi sürətlənir. Eyni zamanda əməkdaşlıq artıq yalnız neftlə məhdudlaşmır. Bərpaolunan enerji, hidrogen və enerji səmərəliliyi kimi sahələrdə əməkdaşlıq yeni mərhələnin başlanğıcını qoyur. Bu isə Azərbaycanın enerji siyasətinin transformasiyaya uğradığını göstərir.

Strateji tərəfdaşlıq: institusional əsasdan geosiyasi məzmuna
2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq sənədi Bakı–Praqa münasibətlərini sistemli və uzunmüddətli əməkdaşlıq müstəvisinə keçirib. Bu sənədin əhəmiyyəti yalnız formal çərçivə ilə məhdudlaşmır , həm də tərəflərin geosiyasi baxışlarının üst-üstə düşdüyünü də təsdiqləyir.
Qarşılıqlı siyasi dəstək, beynəlxalq təşkilatlarda koordinasiya və intensiv yüksək səviyyəli səfərlər bu tərəfdaşlığın dərinliyini göstərir”.

Qəbələdən verilən mesaj: Bakı artıq oyunu quran mərkəzdir
O həmçinin əlavə edib ki, Qəbələdə baş tutan görüşlər və xüsusilə Prezident İlham Əliyevlə baş nazirAndrey Babiş dialoqu daha geniş geosiyasi kontekstdə qiymətləndirilməlidir. Bu görüş bir neçə mühüm mesaj baxımdan əhəmiyyətlidir:
Birincisi, Azərbaycan artıq yalnız regional oyunçu deyil – o, qlobal proseslərə təsir edən aktora çevrilir.

İkincisi, Bakı Şərq ilə Qərb arasında körpü rolundan çıxaraq qərarların formalaşdığı mərkəz statusuna yüksəlir.
Üçüncüsü, Avropa ölkələrinin Azərbaycana artan marağı yeni enerji və siyasi xəritənin formalaşdığını göstərir.
Dördüncüsü, Qəbələ kimi alternativ diplomatik məkanların önə çıxması Azərbaycanın yumşaq güc potensialının genişləndiyini sübut edir.

Mövcud dinamika göstərir ki, Azərbaycan rasional, praqmatik və tarazlı siyasət kursu ilə dəyişən beynəlxalq sistemdə öz mövqeyini gücləndirir.
Bakı artıq enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir, Avropa ilə Asiya arasında strateji bağlantı nöqtəsidir, yeni iqtisadi və siyasi əməkdaşlıq modellərinin təşəbbüskarına çevrilir. Qəbələdə keçirilən görüşlər isə bu prosesin simvolik ifadəsi kimi çıxış edir. Buradan verilən əsas mesaj aydındır: Azərbaycan yalnız proseslərin iştirakçısı deyil, həmçinin yeni geosiyasi oyunun qaydalarını formalaşdıran əsas mərkəzlərdən birinə çevrilir”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Aprel 2026 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri