Icma.az
close
up
RU
Qəbələdən Cəbrayıla uzanan əbədiyyət yolu

Qəbələdən Cəbrayıla uzanan əbədiyyət yolu

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Xəyanətkar erməni toplumunun quduz avantürasının xalqımıza gətirdiyi faciə və savaşlar neçə ailənin çırağını söndürdü, qulağından toyun sədası getməmiş nə qədər gəlin boynubükük qaldı. Haqqında söhbət açdığımız Tapdıq Çingiz oğlu Ağayevin şəhadətə yüksəlməsilə Qəbələ rayonunun Tüntül kəndində bir ailə də beləcə faciəyə düçar oldu. Ata-ana oğulsuz, bacı qardaşsız, gənc ailə başsız, 1 yaş 3 aylıq oğul atasız qaldı.

2 dekabr 1990-cı ildə doğulan Tapdıq 1996–2005-ci illərdə Müşfiq Murtuzov adına Tüntül kənd orta məktəbində, sonra Bakı Sənaye-Pedaqoji Kollecində təhsil alıb. Hərbi xidmətini 2010– 2012-ci illərdə Qusar rayonunda başa vurub. 2016-cı ildə arzusu ilə Bakı şəhərində Müdafiə Nazirliyinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna başlayıb. Bacarığını, hərb sənətinə olan sevgisini, təlimlərdəki uğurlarını, cəsarətini, qorxmazlığını rəhbərlik həmişə dəyərləndirib.

Kursu uğurla bitirdikdən sonra Həmlə taborunda baş atıcı kimi xidmət edən Tapdıq Vətən müharibəsi başlayan zaman cəbhəyə yola düşüb. Oktyabrın 8-də Füzuli, Cəbrayıl istiqamətində 25 döyüş yoldaşı ilə birlikdə şəhidliyə yüksəlib. 22 gün neytral zonada qalan nəşini oktyabrın 29-da götürmək mümkün olub. Oktyabrın 30-da doğulduğu Qəbələ rayonunun Tüntül kəndində, böyük izdihamla kənd qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə şəhid Tapdıq Ağayev “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ailədə bir bacı, bir qardaş olublar. Oğlunun şəhid olduğunu biləndən səhhətində narahatlıq yaranan anası Firuzə Ağayeva Tapdıqdan sonra cəmi 44 gün yaşaya bilib. Oğlunun 40 mərasimini verdikdən 3 gün sonra dünyasını dəyişib. Şəhidin atası Çingiz Ağayev də oğlundan sonra insult keçirib. Hələ də hərəkət etməsində, nitqində ləngimələr var. Hər işini özü görür. Təsəllisi evinin bir otağında Tapdığa aid əşyaların, paltarların, sənədlərin toplandığı “muzeydir”.

Tapdıq 2018-ci ildə ailə həyatı qurmuşdu və bu evlilikdən 1 yaş 3 aylıq bir oğlu vardı. Həyat yoldaşı ilə bir-birilərini çox seviblər. Gülşənin fikrincə, Tapdığın sevgisi bir başqa olub. Onun yeganə arzusu oğlu Uğuru atası kimi mərd, ədalətli, mərhəmətli, cəsarətli və qorxmaz böyütməkdir. Gülşənin xatirələri yarıda qırılmış bir ömrün dərdli vərəqləridir:

– Ölüm haqdır deyirlər, hamı üçündür. Amma 2 il əvvəl toyunda qol açıb oynadığın, ən xoşbəxt günündə yanında olduğun, sevincinə ortaq bir adamın həyatda olmaması, ondan artıq keçmiş zamanda danışılması çox üzücüdür. Fərq odur ki, sən onun şəhid olmasının qürurunu yaşayırsan.

Tapdığın sevgisi tamam fərqli idi. Çox qayğıkeş davranırdı, özü də həddindən artıq mərhəmətli idi. Uğuru dünyaya gətirmək üçün əməliyyata girəndə də yanımda dayandı, məni tək buraxmadı. O vaxt çox kövrəlmişdi, elə bilirdi, məni itirəcək. Düşünürdü ki, artıq sondur. Əməliyyat yaxşı keçdi, Uğurumuz dünyaya gəldi. Biz xəstəxanadan çıxanda o qədər sevinmişdi ki, evi başdan-ayağa bəzəmiş, hər şeyi gəlişimizə hazır etmişdi. Ürəyini belə tərəddüdsüz çıxarıb verərdi bizim üçün. Məni incitməkdən çox ehtiyatlanırdı.

Deyirdi ki, sənsiz həyatı təsəvvür belə etmirəm. Belə sözləri söyləməkdən də çox çəkinirdi, danışmaq istəmirdi. Sanki bilirdi ki, həyatdan belə tez köçəcək. Fikirləşirdim ki, ay Allah, görəsən, bu qədər sevginin, çox istəməyin axırı necə olacaq? Ağlıma min cür fikir gəlirdi. Amma sən saydığını say. Ağlıma gəlməyən başıma gəldi.

Sentyabrın 26-sı axşam saat 9-da evə gəldi. İçiboş patronlar gətirmişdi özü ilə. Adı yazılan kağızları içinə qoyub kəlbətinlə ağzını bərkitdi. Bütün gecə yata bilmədim. Sadəcə, onun üzünə baxa-baxa durdum. Bir onu dedi ki, döyüşə görə narahat deyiləm, sizə görə narahatam. Ertəsi gün səhər saat 5-ə işləmiş sağollaşdı, məni möhkəm bağrına basdı. Həmin gün anası da bizdə idi, amma nə anası ilə sağollaşdı, nə də Uğurla görüşdü. Yəqin kövrələcəyini bilib. Evimiz 4-cü mərtəbədə idi. Pəncərədən baxdım, arxaya döndü, bilirdi ki, pəncərədən baxıram, əl yellədi, sonra iti addımlarla qaranlıqda gözdən itdi.

Sentyabrın 29-da, 30-da, oktyabrın 3-də bizimlə əlaqə saxlamışdı. Hər telefon zəngində mənə deyirdi ki, gələcəyəm. Axırıncı dəfə oktyabrın 6-da danışdıq. O danışan, bu danışan… Ayın 7-də zəng etdim, götürmədi, 8-i zəng etdim, cavab olmadı. Ayın 8-də özümə yer tapa bilmirdim, tikan üstündə idim, elə bilirdim, nəsə xəbər eşidəcəm. Sən demə, həmin gün vurulublarmış…

Ayın 8-i Cəbrayıl–Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin pusqusuna düşərək şəhid olublar. Mənə ayın 13-də zəng gəldi. Tapdığın ünvanını soruşdular. O an, sanki, ürəyim yerindən qopdu. Qışqırdım ki, Tapdığa nə olub, niyə ünvanını soruşursunuz? Dedilər ki, sadəcə, dəqiqləşdirmək üçün soruşuruq, narahat olmayın. Sonra öyrəndim ki, Tapdıqgil pusquya düşüblər, cəsədləri bir müddət döyüş ərazisində qalıb.

Tapdığın anası, atası, bacısı, həyat yoldaşı onun sağ qalması üçün tam 22 gün dua ediblər. Ümid ediblər ki, bəlkə, onun sağ qaldığı xəbəri gələ. Amma tale yazısı yazılmışdı, vaxt tamam olmuşdu. Gedən getməli idi.

Gülşəni oktyabrın 30-da atasının evindən, “qayınanan özünü pis hiss edir”, – deyə aparıblar. Yolboyu narahat, dua edə-edə gedib ki, “nə olar, Tapdıq olmasın, Tapdıq olmasın”. Əlində bayraq olan adamların onların evinə tərəf getdiklərini görəndə dünyası qaralıb. Bir boşluğa düşüb, donub qalıb. Cənazəni gətiriblər. Gülşən o səhnəni ömür boyu unutmayacaq. Həyatının o anda söndüyünü hiss edib. Bir bayraq, bir tabut. Üzünü heç olmasa, son dəfə görə bilməyib.

Oktyabrın 8-də şəhid olan Tapdıq Ağayevin nəşi ayın 30-da uğrunda canından keçdiyi torpaq ilə bütünləşib. Tapdıq bu dünyadan köçdükən sonra yaxınlarının acılarına biganə qala bilməyib. Doğmalarının yuxularına gələrək, onlardan narahat olmamalarını istəyib. Gülşənin yuxusuna da gəlib deyib ki, məndən nigaran olma, yaxşıyam, rahatam, Uğuru qoru. İndi Gülşənin təsəllisi Tapdığın yazdığı sevgi dolu mesajlar, keçirdiyi gözəl günlərin, anların yaddaşına hopdurduğu xatirələr və onun yadigarı Uğurdur.

Zərifə HÜSEYNOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Fevral 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see356

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see326

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see296

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see235

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see221

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see214

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see210

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see195

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see189

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see162

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see161

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see160

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see159

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see156

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see153

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see152

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see149

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see148

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see140

Fransada yanğınsöndürənlər və xilasedicilər sentyabrın 26 dan müddətsiz tətilə başlayırlar

20 Avqust 2026 08:34see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri