Icma.az
close
up
RU
Qəbir daşları eyni formada olacaq? KONKRET

Qəbir daşları eyni formada olacaq? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda qəbir daşlarının hazırlanması ilə bağlı vahid standartların tətbiqi məsələsi vaxtaşırı müzakirə olunur. Xüsusilə məzarların həddindən artıq böyük və təmtəraqlı formada hazırlanması, üzərində mərhumun şəklinin və müxtəlif yazıların yerləşdirilməsi həm sosial, həm də dini baxımdan suallar yaradır.

Bəs İslam dinində sadə, eyni formada və mərhumun şəkli olmayan qəbir daşlarının hazırlanmasına necə baxılır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dinində qəbir daşlarının təmtəraqlı formada hazırlanması ilə bağlı hər hansı göstəriş yoxdur.

Onun sözlərinə görə, qəbir üzərində yalnız mərhumun tanınması və məzarın itirilməməsi üçün müəyyən nişanın olması kifayətdir:

“Bu baxımdan mərhumun şəklinin məzar daşına yerləşdirilməsi də doğru yanaşma deyil. Eyni zamanda bu, israfa səbəb olur.

Qəbir üzərində məzarın tanınması üçün nişan olmalıdır. Bu da standart formada həyata keçirilə bilər. Həzrət Peyğəmbərin dövründə də məzarların itirilməməsi, insanların yaxınlarının qəbrini asanlıqla tapa bilməsi üçün kiçik daş parçalarından istifadə olunurdu.

Təmtəraqlı və böyük qəbir daşları isə israf məsələsini gündəmə gətirir. İslam sosial bərabərliyi önə çəkir. Bu gün məzarlıqlarda varlı şəxslərin böyük və bahalı qəbir daşları ilə, maddi imkanı zəif insanların isə daha sadə məzarlarla dəfn olunduğunu görürük. Bu cür fərqliliklər İslamın mahiyyətinə uyğun deyil”.

İlahiyyatçı hesab edir ki, gələcəkdə qəbir daşları üçün vahid standartların müəyyənləşdirilməsi məqsədəuyğun olar. Onun fikrincə, bunun üçün müvafiq qanunvericilik çərçivəsində konkret qaydalar müəyyənləşdirilə bilər.

“Dini baxımdan müasirliyi də nəzərə alaraq standart qəbir daşlarının müəyyənləşdirilməsi mümkündür. Hər kəs öz yaxınını həmin standartlara uyğun şəkildə dəfn etməlidir. Qəbir daşında mərhumun şəklinin və ya müxtəlif yazıların, o cümlədən Quran ayələrinin yerləşdirilməsinə ehtiyac yoxdur. Ad, soyad və şəxsin tanınması üçün zəruri məlumatların qeyd olunması kifayətdir.

Bu gün bəzi məzarlıqlarda qəbir üzərində sanki saraylar tikilir. Kim nə qədər yer istəyirsə, həmin ərazini zəbt edir. Bulaqlar, müxtəlif qurğular və böyük mərmər abidələr hazırlanır. Xaricdən gətirilən mərmərlərin satışı və qəbir daşlarının hazırlanması artıq böyük biznes sahəsinə çevrilib. Sosial şəbəkələrdə də bu cür qəbir daşlarının reklamlarına rast gəlmək mümkündür.

Böyük qəbir daşları həm də məzarlıqlarda ərazilərin səmərəsiz istifadəsinə səbəb olur. Nəticədə qəbiristanlıqlar üçün daha böyük torpaq sahələrinə ehtiyac yaranır və problem getdikcə böyüyür.

Artıq mövcud qəbir daşlarının böyük hissəsi bu formada hazırlanıb. Onların sonradan dəyişdirilməsi və ya götürülməsi düzgün yanaşma olmaz. Lakin bundan sonra dəfn olunacaq insanlar üçün vahid və sadə standartların müəyyənləşdirilməsi vacibdir.

Əsas məsələ qəbir daşlarının standartlaşdırılmasıdır. Mərhumun tanınması üçün ad, soyad və zəruri məlumatların qeyd edilməsi kifayətdir. Şəklə və təmtəraqlı daşlara ehtiyac yoxdur”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Sentyabr 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri