Icma.az
close
up
RU
Qəbul imtahanları ilə bağlı yeni model təklif olundu: Suallar yalnız...

Qəbul imtahanları ilə bağlı yeni model təklif olundu: Suallar yalnız...

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Qəbul imtahanında test üsulundan imtina məsələsi həm Azərbaycanda, həm də beynəlxalq təhsil müzakirələrində ən çox debat aparılan mövzulardandır. “Test üsulundan imtina etmək lazımdır” fikri isə burada həm üstünlüklərə, həm də çatışmazlıqlara malikdir. Amma bir növ balanslı forma düşünmək lazımdır".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi.

Onun sözlərinə görə, test üsulunun üstünlüyü ondadır ki, obyektivlik və şəffaflıq olur, operativlik təmin edilir, standartlaşdırma mövcuddur:

"Obyektivlik və şəffaflıq odur ki, testlər subyektiv qiymətləndirməni minimuma endirir. Hər kəs eyni suallarla qarşılaşır və nəticə konkret meyarlarla ölçülür. Məsələn, bir sual dörd bal və ya başqa formada qiymətləndirilir. Bu, xüsusilə kütləvi qəbul sistemində vacib amildir. Digər bir məsələ operativlikdir. Qısa zamanda minlərlə abituriyentin biliyini yoxlamaq üçün ən sürətli format məhz test üsuludur. Alternativ yazılı və şifahi imtahanlar böyük resurs və vaxt tələb edir. Standartlaşdırma dediyim isə odur ki, testlər tədris proqramının müəyyən hissəsini hamıdan eyni səviyyədə tələb edir. Bu isə məktəblərarası keyfiyyət fərqlərini qismən kompensasiya edir və hamıya bərabər imkan yaradır".

Müsahibimizin fikrincə, test üsulunun çatışmayan cəhətləri isə ondadır ki, yaddaşa və test texnikasına yönləndirir.

"Yaradıcı düşüncə və yazı bacarığının testdə ölçülməsi bir qədər mümkünsüzdür. “Test sənayesi” deyilən bir proses yaranır. Burada şagirdlər real anlama və düşünmə bacarığını deyil, test həll etməyi öyrənirlər. Bu isə koqnitiv bacarıqları zəif inkişaf etdirir. Analitik yazı, arqumentasiya, problem həll etmə kimi bacarıqlar testlərlə yalnız qismən yoxlanıla bilər. Valideynlərin və şagirdlərin fokusunu məktəbin özündən çox kurslara yönəldir. Nəticədə real tədris prosesi bir növ arxa planda qalır.

Testdən tam imtina etmək lazımdırmı? Qətiyyən xeyr. Test üsulu böyük kütləvi qəbul sistemlərində hələ də ən ədalətli və idarəolunan vasitələrdən biri hesab olunur. Amma yalnız testlə kifayətlənmək də düzgün deyil. Optimal model məncə hibrid qiymətləndirmə modelidir. Bir çox ölkələrdə tətbiq olunan bu modeldə 60-70% test, 30-40% açıq suallar, esse və situasiya tapşırıqları təşkil edir. Azərbaycanda da bu model müəyyən mənada tətbiq olunur, yazılı tələb edən suallar var və burada artıq abituriyentin fikri, düşüncəsi qiymətləndirilir. Bu format həm obyektivlik, həm də yaradıcı düşüncə arasında balans yaradır.

Həmçinin bizdə olmayan bir məsələ var: məktəb qiymətlərinin müəyyən faizlə nəzərə alınması. Məsələn, bizdə necədir? Şagird 11-ci sinfi bitirir və 5-dən 11-ə qədər bütün fənlərdən, qrupa düşən fənlər üzrə bütün mövzulardan testlə qarşılaşır. Amma belə olmamalıdır. Mən düşünürəm ki, 9-cu sinfə qədər onsuz da şagirdə dövlət nümunəli atestat verilir, düzdürmü? Bu atestatda buraxılış imtahanının qiyməti əks olunur. 9-cu sinfə qədərki qiymətləndirmə, məsələn, ümumi balın müəyyən hissəsini 700 yox, tutalım 300 balını təşkil edə bilər. Qalan 400 bala görə isə abituriyent 10-11-ci sinfin imtahanına buraxılsın və suallar yalnız 10-11-ci sinif materiallarından düşsün. Çünki kurikulumda belədir: bizim vaxtında 11-ci sinifdə keçdiyimiz materiallar indi 9-cu sinifdə yekunlaşır. 10-11-ci sinif isə təkrardır. Təkrar olduğuna görə də buradan sual düşməsi daha məntiqli olardı", - deyə o, qeyd etdi.

Təhsil eksperti vurğuladı ki, onun təklif etdiyi bu model üçün məktəblərdə qiymətləndirmənin şəffaflığı təmin edilməlidir:

"Daxili qiymətləndirmə standartlaşdırılmalıdır. Fənlər üzrə praktiki bacarıqların qiymətləndirilməsi olmalıdır. Xüsusən biologiya üçün laboratoriya tapşırıqları, informatika üçün rəqəmsal bacarıqlar, kodlaşdırma, dil fənləri üçün yazı bacarığı, incəsənət və idman üçün praktiki performans qiymətləndirilməlidir. Düzdür, Azərbaycanda bu, qabiliyyət imtahanı ilə ölçülür, incəsənət və ya idman yönümlü ixtisaslar üçün testdən sonra qabiliyyət imtahanı keçirilir. Əslində bu formada ölçülür. Mövcud reallığa uyğun ən rasional fikrim budur ki, testdən tam imtina etmək yox, testin dominant rolunu azaltmaq daha məqsədəuyğundur. Hazırda dediyim kimi, Azərbaycan təhsil sistemində tətbiq olunan modeldə təxminən 70-80% test, qalan hissə isə yazı bacarığıdır. Amma düşünürəm ki, gələcəkdə məktəb qiymətləndirilməsinin də rolu artırılmalıdır".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Dekabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri