Icma.az
close
up
RU
İşə qəbul zamanı hansı suallar verilməldir?

İşə qəbul zamanı hansı suallar verilməldir?

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şirkətlərin insan resursları (Human resource - HR) şöbələri işə qəbul zamanı insanlara fərqli suallar ünvanlayırlar. Bəzi HR-lərin verdiyi suallar isə iş üçün müaciət edənlərdə birmənalı qarşılanmır. Onlar hesab edirlər ki, verilən sualların işlə əlaqəsi olmur. Məsələn, "əsəbləşdirilən zaman qarşınızdakı insanları vurarsınızmı" sualı çoxlarının narazılığı ilə qarşılanır.

İşə qəbul zamanı hansı suallar verilməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında HR mütəxəssisi İlkin Məcidov bildirdi ki, işə qəbul zamanı bir çox suallar verilir. Bunlar ümumi tanışlıq, təcrübə və bacarıqla, problem həlli və liderliklə bağlı, şirkətə uyğunluğu yoxlamaq üçün verilən suallardır.

1. Ümumi Tanışlıq məqsədilə verilən suallar:

Özünüz haqqında qısa məlumat verə bilərsinizmi?

Təhsiliniz və peşəkar təcrübəniz haqqında danışın.

Niyə bu vəzifə ilə maraqlanırsınız?

Özünüzü üç sözlə necə təsvir edərdiniz?

2. Təcrübə və bacarıqlarını bilmək məqsədlə verilən suallar:

Əvvəlki iş yerlərinizdə hansı vəzifələri icra etmisiniz?

Bu sahədə neçə il təcrübəniz var?

Komanda daxilində işləməkdə təcrübəniz varmı?

Hər hansı bir uğurlu layihə təcrübənizi bölüşə bilərsinizmi?

3. Problem həlli və liderlik sualları:

Hər hansı bir çətin vəziyyətdə necə davranmısınız?

Qərar qəbul etməli olduğunuz bir anı təsvir edin. Necə həll etdiniz?

Komandadakı münaqişələri necə idarə edirsiniz?

Lider olaraq hansı əsas keyfiyyətlərə malik olduğunuzu düşünürsünüz?

4. Şəxsi motivasiya və dəyərlər üçün verilən suallar:

Uzunmüddətli karyera məqsədləriniz nələrdir?

İş mühitindən nə gözləyirsiniz?

Ən çox motivasiya olduğunuz iş növü hansıdır?

Gərgin iş şəraitində necə işləyirsiniz?

5. Şirkətə uyğunluğu yoxlamaq məqsədilə verilən suallar:

Niyə məhz bizim şirkəti seçmisiniz?

Şirkətimiz haqqında nə bilirsiniz?

Şirkətimizin dəyərləri ilə şəxsi prinsipləriniz uyğun gəlirmi?

6. Texniki və mövzuya aid suallar:

 (Müvafiq sahəyə uyğun olaraq) Texniki bilikləriniz hansılardır?

Hansı proqramları və ya alətləri bilirsiniz?

Son texnologiyalarla bağlı məlumatlısınızmı?

7. Maaş və iş şərtləriylə bağlı suallar:

Bu vəzifə üçün gözlədiyiniz əmək haqqı nə qədərdir?

Tam iş qrafikində işləmək sizin üçün uyğundurmu?

Səyahət və ya əlavə iş saatları sizin üçün problem yaradırmı?

BƏNÖVŞƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Yanvar 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see276

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see259

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see251

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see248

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see237

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see235

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see234

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see228

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see225

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see217

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see216

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see214

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see207

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see199

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see190

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see185

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see183

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

22 Sentyabr 2026 00:42see182

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see178

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri