Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Qəbul modelinin dəyişilməsini, imtahanların asanlaşmasını nə qədər gözləyəcəyik? TƏHLİL

Qəbul modelinin dəyişilməsini, imtahanların asanlaşmasını nə qədər gözləyəcəyik? TƏHLİL

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son vaxtlar  bir neçə təhsil eksperti, elm və təhsil mühitində çalışmış mütəxəssislər arasında bir fikir tez-tez təkrarlanır: “Biz universitetlərə giriş qapısını  geniş açmalı, çıxış qapısını isə kip bağlamalıyıq”.

Bu, o mənada deyilir ki, bizdə universitetlərə qəbul olunmaq üçün verilən imtahanlar sadələşdirilməli, tələbələrin ali təhsil müəssisələrinə daxil olmalı asanlaşmalı, əksinə, dördillik ali təhsil müddətindəki tədris prosesi, ixtisasa yararlılığı əks etdirən dövlət sənədinin -diplomun əldə olunması xeyli çətinləşdirilməlidir. Bizdə isə bu proses tam əksinə həyata keçir: yəni, çətini universitetə qəbul oluncadır. Ondan sonra hər şey öz axarına düşəcək, istirahət dəmləri başlanacaq. Hətta universitetlərə hazırlaşan abituriyentlərə də bəzən  motivasiya xarakterli belə bir söz deyilir: “çətini bir ildir. Bir il əziyyət çək, hazırlaş, ondan sonra səfasını da görərsən”. Yaxşı, abituriyent, bir yox, iki il cəfa çəkib hazırlaşdı. Nəticədə universitetə də qəbul olundu. Bundan sonra nə etməlidir?-İki il ciddi cəhdlə hazırlaşıb deyə, tələbəlik müddətində əlini əlinin, ayağını da ayağının üzərinə aşıraraq, istirahət etməlidir? Fikrimcə, sonradan tələbə adına layiq görülən abituriyentlərimiz məhz bu motivasiyada olduqları üçün,  bu fokuslanma üzərində hərəkət etdikləri üçün universitet auditoriyası və onun məsuliyyəti onları bir o qədər də cəlb etmir. Təbii ki, biz burada “iraq yaxşılardan” deyib, dörd il müddətində az qala, bütün semestrlərdə, bütün tədris prosesi boyunca əziyyət çəkən tələbələri unutmamalıyıq. Onların da varlığını qəti inkar etmirik, sadəcə, digər qrupla müqayisədə xeyli az olduqlarını nəzərə çatdırmaq istəyirik. Deməli,  bizdə bir neçə universiteti çıxmaq şərtilə əksəriyyətində tədris prosesinin keyfiyyətinə xidmət edən sərt tələblər, ixtisas istiqamətdə formalaşdırmanı təmin etməli olan ağır öhdəliklər o qədər də çox deyil. Tələbə yalnız öhdəlik kimi semestr imtahanları ilə sınanır və  müəyyən göstəricilərlə yarım ili başa vurmuş olur. Təəssüf ki, dördillik ali təhsil müddətində kursdan kursa adladıqca bu mexanizm də kortəbii surətdə davam edir. 

İndi gəlin, yuxarıdakı tezisin, həyata keçmə ehtimalı barəsində danışaq. Bizdə doğrudanmı universitetlərə qəbulun sadələşdirilməsi mümkün variantdır? Axı bunun üçün müəyyən öhdəlikləri həll etmək və məlum reallıqları düzgün qiymətləndirmək lazımdır. Bugün dünya üzrə universitetlərə qəbul mexanizminin çox sadə, hətta bəzilərində formal aparıldığı ölkələrə diqqət yetirək: Qərbi və Şərqi Avropa ölkələri, Türkiyə, Rusiya və s. Bir reallığı mütləq şəkildə görəcəyik: o dövlətlərdə universitet sayı bizimlə müqayisədə xeyli çoxdu. Universitet sayının çoxluğu öz növbəsində ali təhsil seqmenti üzrə çalışan kadrların çoxluğu deməkdir. Belə olan halda ali təhsil müəssisələrində plan yerlərini artırmaqla ora daha çox şəxsin gəlməsini təmin etmək olar. Bizdə isə hazırda cəmi 52 universitet fəaliyyət göstərir. Onların yeddisi xüsusi təyinatlı, bir neçə isə çox az sayda tələbə tutumu olan özəl ali təhsil müəssisələridir. Yerdə qalanların sırasında isə regionlarda yerləşən, tələbə tutumu, həmçinin infrastrukturu, texniki tədris imkanları paytaxtdakı böyük universitetlərdən xeyli geri qalan müəssisələrdir. Deməli, bizdə xeyli sayda tələbə kəsimini qəbul edən, onların tədrisini növbəli şəkildə həyata keçirməyi bacaran universitet sayı da çox deyildir. Belə olan halda biz qəbul imtahanları zamanı universitetlərə giriş qapısını necə “boşlaya” bilərik? Bu, riyazi anlamda belə qeyri-mümkün görünən bir prosesdir. Əvvəla universitetlərdə ixtisaslara görə ayrılan plan yerləri həm də əmək bazarının tələblərinə görə müəyyənləşir. Universitet də öz növbəsində tutumunu və digər xərcləri nəzərə alaraq bəlli sayda plan yerlərini təklif edir. Demək, qapıları geniş açmaqla, test üsulunun ağırlıq dərəcəsini xeyli yumşaltmaqla da iş bitmir. Məsələ, səbəblər zəncirində bir neçə halqadan keçməli və məntiqi iplə bir-birinə bağlanmalıdır. Elə bu “məntiq ipi”nin bizə göstərdiyi reallıq  belədir: bizdə universitetlərə qəbul prosesində stabillik və tarazlığın qorunması üçün tələb olunan ən unikal variant elə hazırkı sistemdir. Əks halda, tamam başqa formasiyalı böhranın şahidi ola bilərik. 

Fikrin təsdiqi üçün bir detala da toxunaq: hazırda universitetlərimizin auditoriya çatışmazlığını bir kənara qoyaq, (əslində, əsas səbəblərdən biri də elə budur) bir başqa faktora diqqət çəkən: bugün neçə universitetimizin yataqxana imkanları qənaətbəxşdir? Ümumiyyətlə, hansı univeritetlərimizin yataqxana imkanı orada təhsil alan və ev problemi ilə üzləşən tələbələrin heç olmasa 10 %-nin tələbatını ödəyir? Bu sual da açıq qalacaq. Çünki universitetlərimizin bir çoxunda tələbə yataqxanası çox ciddi problemdir və bu reallıq hər kəsə məlumdur. Hətta ölkəmizə ali təhsil almaq üçün gələn əcnəbi tələbələrin də qarşısını kəsən əsas baryerlərdən biridir. Belə olan təqdirdə, biz doğrudanmı. Universitet qapılarını geniş aça bilərik? Qapıları kip bağlamaq üçün, tədris prosesi zamanı ələnmə prosesini daha şəffaf və obyektiv aparmaq üçün  əvvəlcə onları bir müddətlik boş buraxmaq lazım gələcək. Bu isə böyük xaosa gətirib çıxaracaq.

Qarşıdan buraxılış və blok imtahanları gəlir. Abituriyentlər, onların valideyn və müəllimləri də narahatlıq və ümidlə prosesin başlanmasını gözləyirlər. Bu reallıqlar müstəvisində biz təəssüf ki, hələ də asanlaşdırılmış imtahan modelindən danışa bilmərik. Valideynlər, onların abituriyent övladları üçün xoşagəlməz qeyd olsa da deyək ki, bizim imtahanları asanlaşdırmaq, universitetlərə il ərzində daha çox tələbənin qəbulunu təşkil etmək üçün ən azından universitetlərimizin sayı indikindən təxminən 20-30 vahid artmalı və artandan sonra da sağlam rəqabət mexanizmi qurulmalıdır. Hələ bu da az deyil. Bu mərhələdən sonra da biz kadrların kəmiyyət və keyfiyyət boşluğunu aradan qaldırmalıyıq ki, çoxsaylı tələbə kəsimi faydalı tədris prosesinin tərkib hissəsinə çevrilsin. Bütün bunlar üçün isə zaman lazımdır. Qapıların indiki vəziyyəti də heç də sərt deyil. Hər birinizə uğurlar!

Elmin Nuri

Təhsil məsələləri üzrə mütəxəssis

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Fevral 2025 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see451

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see356

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see353

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see310

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see294

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see269

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see268

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see267

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see265

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see143

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see142

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see134

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see132

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see127

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see121

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see120

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

02 Dekabr 2025 00:58see119

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri