Icma.az
close
up
RU
Qəbulə xanım Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? Mətanət Vahid

Qəbulə xanım Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? Mətanət Vahid

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Mətanət Vahidin "Qəbulə xanım və I Pyotr" - unudulmuş müqavimət tarixinə işıq salan kitab" yazısını təqdim edir.

Azərbaycan tarixinin səhifələrində əsrlər boyu qadınların milli taleyə yön verəcək dərəcədə cəsarət göstərdikləri məqamlara rast gəlmişik. Bu kontekstdə XVIII əsrin ilk rübündə torpağımıza uzanan əlləri kəsən, rus qoşununun zabit-əsgər heyətini məhv edən, adı tarixin səhifələrindən bilərəkdən yoxa çıxmış Qəbulə xanım I Pyotrun siyasətinə, "Rusiyanın istila və işğal hərəkatına qarşı Azərbaycanda ilk açıq və böyük qanlı etiraz"ın səbəbkarı, öncülü olan qəhrəman qadındır. Azər Turanın bu günlərdə çapdan çıxmış "Qəbulə xanım və I Pyotr" kitabında tariximizin qəsdən qaranlıqlaşdırılmış bu səhifələrinə işıq tutulur, əlimizdə olan az-çox mənbələrə istinadlarla həmin qanlı olayın səbəb və motivləri araşdırılır.

XVIII əsrin əvvəllərində Dərbənd və Bakı ilə yanaşı, Salyan bölgəsi də imperiya maraqlarının hədəfinə çevrilmişdi. Çar Rusiyasının bu coğrafiyada apardığı genişmiqyaslı hərbi-siyasi müdaxilələr yalnız ərazi işğalları ilə məhdudlaşmır, həm də yerli idarəçilik strukturlarını, demoqrafik tərkibi dəyişdirməyə yönəlirdi. Məhz bu dövrdə baş verən və imperatorun öz yüksək rütbəli hərbçisinə təhlükə xəbərdarlığı etməsinə səbəb olan hadisə Qəbulə xanımın adı ilə birbaşa bağlıdır. Rus ordusunun Salyanda hərbi qərargah qurması və yüksək rütbəli zabitlərin yerli idarəçilərlə "sülh şəraitində" təmas qurması fonunda baş verən qəfil qətl hadisəsi, sadəcə, şəxsi intiqam deyildi - bu, strateji qarşıdurma və qətiyyətli milli duruş idi.

"Qəbulə xanım və I Pyotr" kitabında Abbasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərinə istinadla qeyd olunur ki, Dərbənd və Bakını, demək olar, müqavimətsiz işğal edən I Pyotr öz generalı Matyuşkinə xəbərdarlıq edib, "Salyan hakiməsi Qəbulə xanım asilərin böyüyüdür. Ondan ehtiyatlı olmaq lazımdır ki, bir bədbəxtlik üz verməsin", - deyə bildirib. Kitabda bu ehtiyatkarlığın səbəbi araşdırılaraq qan düşmənçiliyinin tarixinə qısa nəzər salınır.

Hadisənin özünə gəlincə, 1724-cü ildə Salyanda bir gündə rus imperiya ordusunun bütün zabit heyəti zərərsizləşdirilir. Belə ki, payızda podpolkovnik Zambulatovun süvari batalyonu Salyana daxil olur və Kürün sahilində - Salyan hakiməsi Qəbula xanımın malikanəsinin qarşısında qərargah qurur. Qəbulə xanım bütün heyəti malikanəsində təşkil etdiyi ziyafətə dəvət edir və öz silahlıları tərəfindən onları qətlə yetirdir. Kitabda müxtəlif tarixi mənbələrə istinadla hadisənin mümkün detalları əksini tapmaqla yanaşı, suallar da qoyulur:

Necə olur ki, Salyan naibi Həsən bəy dörd ay öncə Bakıda çara sədaqət andı içir, amma xanımı imperiya ordusunu məhv edir?

Necə olur ki, I Pyotrun xüsusi xəbərdarlığına baxmayaraq, ordusu bunca ehtiyatsızlıq göstərib ziyafətə qatılır? (və bu malikanə belə bir miqyasda ziyafət keçirmək üçün müsaid idimi?)

Qəbulə xanım 56 il öncə baş vermis hadisənin - Stepan Razinin qurban verdiyi adaşı, gözəl azərbaycanlı qızı Qəbulənin qisasını alırdımı?

Bəs bu hadisədən sonra nələr oldu, nə baş verdi? Doğrudanmı, Dərgahqulu bəy Qəbulə xanımı öldürüb başını Bakı komendantı Ostafyevə verdi?

Nəyə görə Qəbulənin nə özünün, nə də davamçılarının taleyi barədə sonradan heç bir məlumata rast gəlinmir? Halbuki dövrün mənbələri göstərir ki, bu ailənin siyasi təsiri uzun müddət Salyanda hiss olunub. Üstəlik, tarix kitablarında sələfi Qəbulə ilə Salyan hakiməsi Qəbulə xanım haqqında məlumatlar qarışdırıldığından "kələfin ucu qarışır".

"Qəbulə xanım və I Pyotr" kitabında bu suallar qismən cavabını tapsa da, Qəbulə xanımın özü və şəcərəsi haqqında geniş, dərindən bir obyektiv araşdırmaya ehtiyac olduğu da vurğulanır.

Çünki Salyanda baş verən qanlı olayın - rus ordusunun zabit və əsgər heyətinin qətli arxasında Salyan naibinin xanımı olan bir qadının dayanması faktı sadə bir kişi - dominant siyasi münasibətlər sisteminə qarşı bir qadının çıxışı deyil, həm də etnik-mədəni özünüdərk nümunəsidir. Rus hərbçilərinin bu qədər qəddarlıqla məhv edilməsi bir xalqın heysiyyatının, tarixi iztirablarının və qürurunun partlayış nöqtəsi kimi başa düşülməlidir. Üstəlik, bu qiyamın təməlində ailə faciəsinin - onilliklər əvvəl doğma torpağından zorla aparılmış və həyatına qəddarcasına son verilmiş bir qızın taleyinin durması ehtimalı yalnız hadisənin emosional yükünü deyil, simvolik anlamını da dərinləşdirir.

Tarixin kifayət qədər açılmamış bu səhifəsi türk dünyasında qadının yalnız ailə içində deyil, ictimai və siyasi sferada da əhəmiyyətli yer aldığı anlayışını bir daha təsdiqləyir. Mümkündür ki, qurban verilmiş qız və Qəbulə xanım arasında genetik deyil, mənəvi qohumluq daha güclü olub - çünki onların qan qohumluğunu təsdiqləyən tutarlı faktlar yoxdur. Bu hadisə, doğrudan da, həm də bir qisas aktı idisə, onda qadın yaddaşının nəinki bir ailənin, nəslin, həm də millətin tarixi davamlılığını təmin edən güclü bir vasitə olduğunu nümayiş etdirir.

Olayları təhlil edərkən həmin dövrün geosiyasi kontekstini nəzərdən qaçırmamalıyıq. Kitabın səhifələrində dövrün mənzərəsinin dəqiq cızılmış cizgilərini izləmək mümkündür. Məhz həmin illərdə çar hökuməti bölgədə qeyri-türk etnoslarını yerləşdirmək, əhali strukturunu dəyişmək və ərazinin milli kimliyini zəiflətmək siyasəti yürüdürdü. Bir ziyafət süfrəsini ölüm hökmünə çevirmiş Qəbulə xanım Salyanda rus hərbi qüvvələrinin tamamilə zərərsizləşdirilməklə həmin ərazidə rus şəhəri salınması, ermənilərin məskunlaşdırılması planlarının pozulmasına səbəb olmuşdu. Nəticə olaraq bu hadisə imperatorun əmrinin ləğvinə qədər gedib çıxmışdı. Deməli, Qəbulənin atdığı addım imperiya miqyasında siyasi sarsıntı doğuran bir hadisə idi.

Qəbulə xanım dövrünün siyasi şərtləri daxilində azadlıq, milli ləyaqət və tarixi intiqam uğrunda hərəkətə keçən qadın modelidir. Onun barəsində susmaq, tarixin qaranlıqlarında unutmaq bir xalqın tarixi müqavimət yaddaşını kölgədə saxlamaq deməkdir. Ona görə də Qəbulə xanımın adı tarixdə yalnız "silahlı qətlin arxasındakı qadın" kimi yox, milli müqavimətin, ləyaqətin, siyasi uzaqgörənliyin və qadın iradəsinin simvolu kimi yaşadılmalıdır. Onun haqqında daha çox yazmaq, öyrənmək və düşünmək tarixi borc, milli ehtiyacdır.

Azər Turanın "Qəbulə xanım və I Pyotr" kitabı da belə bir zərurətin doğurduğu nəticə olaraq meydana çıxıb.

Kukla Teatrı “Sirli dolça”nın premyerasına hazırlaşır “Ölməz” tamaşasına ictimai baxış keçirilib Məşhur yazıçı kolleksiyasını kitab mağazasına bağışladı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 İyul 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see168

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see162

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see148

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see134

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see129

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see127

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see126

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see122

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see121

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see120

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see119

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see117

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see115

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see115

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see115

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see114

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see114

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see114

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see113

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri