Icma.az
close
up
RU
“Qədim Azərbaycan şəhəri İrəvan: tarixi və mədəni irsi” adlı kitabın təqdimatı oldu

“Qədim Azərbaycan şəhəri İrəvan: tarixi və mədəni irsi” adlı kitabın təqdimatı oldu

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncə Dövlət Universitetində  yeni nəşr olunan “Qədim  Azərbaycan şəhəri İrəvan: tarixi və mədəni irsi” adlı kitabın təqdimatı keçirilib.

Modern.az xəbər verir ki, təqdimatda Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri, texnika elmləri üzrə fəlsəfə doktoru Bayram Aslanov, Gələcək Naminə Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Tural İsaqov, Universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva kitab haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, bu kitabda təqdim olunan məlumatlar Azərbaycanın region tarixində rolunu və tarixi həqiqətləri daha dərindən anlamağa imkan yaradır.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri  Bayram Aslanov kitab haqqında ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, yeni nəşr olunan kitab  “İrəvan rəqəmsal arxivlərdə” layihəsi çərçivəsində hazırlanıb. Layihə İnkişafa Doğru İnteqrasiya İctimai Birliyi tərəfindən icra olunur və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

 Təqdimat mərasimində bildirilib ki, “Qədim Azərbaycan şəhəri İrəvan: tarixi və mədəni irsi” adlı kitabın müəllifləri Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, GDU-nun Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə və  Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdış İctimai Birliyinin sədri Firuzə İsgəndərovadır. Nəşrin redaktoru Gələcək Naminə Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Tural İsaqovdur. Kitabın ön söz hissəsində millət vəkili,  Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadənin fikirləri yer alıb.

İki fəsildən ibarət olan kitabın birinci fəslində İrəvan şəhərinin tarixindən, ikinci fəsildə isə tarixi-memarlıq abidələrdən bəhs edilib. İrəvanın siyasi tarixi, demoqrafik mənzərəsi, memarlıq irsi, şəhərsalma strukturu, iqtisadi və mədəni həyatı sistemli şəkildə araşdırılıb, tarixi faktlar geniş elmi təhlillə təqdim olunub.

Rektorun baş müşaviri Asif Cavadov,  Riyazi-analiz kafedrasının müdiri Orucəli Rzayev,  Fizika kafedrasının müdiri Yəhya Namazov, Cəbr və həndəsə kafedrasının müdiri İlqar Cabbarov və kitabın redaktoru Tural İsaqov çıxış edərək nəşr barədə öz fikirlərini bölüşüblər. Qeyd ediblər ki, müəlliflərin arxivlərə əsaslanan yanaşması, müqayisəli tədqiqat metodu, faktların dəqiqliyə sadiqliyi əsərin dəyərini daha da artırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Dekabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see298

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see296

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see281

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see251

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see242

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see233

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see228

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see199

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see197

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see193

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see174

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see162

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see157

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see155

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see155

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see150

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see148

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri