Icma.az
close
up
RU
Qədim İrəvanın rəssam Qədimi

Qədim İrəvanın rəssam Qədimi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mirzə Qədim İrəvani – 200

Prezident İlham Əliyev görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sənəddə deyilir: “Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırmış, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır”. Sərəncama əsasən, yubileylə bağlı tədbirlər keçirmək nəzərdə tutulur.

Mirzə Qədim Məmmədhüseyn oğlu İrəvani 4 dekabr 1825-ci ildə dünyaya göz açıb. Atası Məhəmmədhüseyn xarrat və bədii ağac işlənməsi üzrə usta olub və yeganə oğluna ornament sənətini lap kiçik yaşlarından öyrədib. Onu Tbilisi progimnaziyasına oxumağa göndərib. Beləliklə, dünyəvi-müasir tədris proqramı çərçivəsində təsviri sənətin ilkin vərdişlərinə yiyələnən, gürcü və rus ornamentalizminin incəliklərinə varan Mirzə Qədim rəssamlıq bacarıqlarını dərinləşdirmək imkanından bəhrələnib. Progimnaziyanı bitirdikdən sonra, 15 yaşlı gənc Mirzə Qədim İrəvana qayıdıb və ömrünün sonunadək poçtda teleqrafçı kimi çalışıb.

Peşəkar rəssamlıq təhsili olmasa da, özəl zövqü və istedadı sayəsində bu sənətin ustasına çevrilib. Poçt məmurluğundan kənar bütün zamanını rəsm işlərinə ayırıb. Əsasən, tikmə üçün olan çeşni- trafaret qəlibləri, divar naxışları, zərgərlik məmulatları, lakla çəkilmiş rəsm əsərləri və şüşə rəssamlığı ilə məşğul olub. Əsərlərinə “Mirzə Qədim İrəvani”, bəzən də “kollec asessoru Qədim bəy” imzalarını qoyub.

Onun ən çox tanınan rəsmləri Orta əsrlər Şərq miniatür sənətini xatırladan “Oturmuş qadın”, “Gənc oğlan”, “Fətəli şah”, “Rəqqasələr”, “Molla”, (hamısı Azərbaycan Milli İncəsənət Muzeyində), “Mah Tələtin portreti” (Gürcüstan Dövlət İncəsənət Muzeyi), “Quş və çiçəklər” (Dövlət Ermitajı), eləcə də İrəvandakı Sərdar sarayının divarlarında yağlı boya ilə çəkdiyi böyük portretlərdir. Divar portretlərində Fətəli şah Qacar, Abbas Mirzə, Hüseynqulu xan Sərdar və Rüstəm Zal böyük ustalıqla təsvir olunublar. Sənətşünas Yevgeniya Kostina yazır ki, Mirzə Qədimin şərti səthi fonda deyil, konkret interyerin üçqat genişliyində akvarellə yaratdığı portretlər yeni dövr Azərbaycan incəsənətində hiss olunan mühüm dönüş mərhələsindən soraq verirdi. Sənətşünas Natalya Mikloşevskaya da rəssamın yaradıcılığı ilə bağlı gərgin axtarışlar aparıb. Yeri gəlmişkən, 1962-ci ildə çap olunmuş “Dünya ölkələri və xalqları ensiklopediyasında istedadlı rəssama da xeyli yer ayrılıb.

Mirzə Qədim İrəvaninin divar naxışı üçün trafaret-rəsmləri XIX əsrin 40–50-ci illərində yaradılmasına baxmayaraq, nisbətən yaxşı qorunub. Dövrümüzə qədər gəlib çıxan həmin trafaretlərin birində kamança çalan kişi və onu çırtma çalmaqla müşaiət edən rəqqasə elə təsvir edilib ki, adamın qulağında sanki musiqi melodiyaları səslənir (Mənbələrdə rəssamın musiqi vurğunu olduğu da qeyd edilib).

Rəssamın yaradıcılığının yetkinlik dövrü ömrünün son 15 ilini əhatə edib. Həmin dövrdə o, 9 portret yaradıb ki, bunların 6-sı Azərbaycan Milli İncəsənət Muzeyindədir. Onun “Quş və çiçəklər” əsəri Sankt-Peterburqdakı Ermitajda Ermitajında saxlanılır. Miklaşevskayanın orada tapdığı, İrəvaninin əl işi olan qatlama-güzgü də ziyarətçilərdə böyük maraq yaradır. Güzgünün yuxarı cildləməsi laklı rəsmlə bəzədilib və içərisi miniatür portretli yastı mücrü və ya ağacdan futlyardır. Şərq əlyazmalarının cildləməsi ilə oxşarlığını qatlama-güzgünü örtən rəsmdən boy göstərir. Qapağın üst tərəfində rusca “General Karvalin üçün” sözləri yazılıb (yəqin ki, Qafqazda qulluq etmiş hərbçi olub). Qeyd edək ki, Mirzə Qədim rus, fransız və fars dillərini yaxşı bilib.

İrəvaninin nəslində davamçıları da olub: nəticəsi İsmət Axundov Bakıdakı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib, əsasən peyzajlar çəkib və Əməkdar incəsənət xadimi adını daşıyıb. Soyun daha bir təmsilçisi Zaur Qədimbəyov isə tanınmış jurnalist idi...

1875-ci ildə doğma şəhəri İrəvanda vəfat edən 50 yaşlı böyük rəssam orada da dəfn edilib, amma məzarı it-bata düşüb. Törəmələri və qohumları 1921-ci ildə İrəvandan Bakıya köçəndən sonra rəssamın əsərləri və zəngin kitabxanasının da itməsi məlum olub. Sənətkarın əsərlərinin az bir hissəsini Bakıya gətirmək mümkün olub. Onun yaxınları 20 dən çox portret, tikmə və naxışlar üçün şəkil və eskizləri Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyinə təqdim ediblər. Qədim şəhərimiz İrəvanda bir çox izimizi dağıdıb talan edənlər, Mirzə Qədimin də tarixi irsini yağmalayıblar. Ümid edək ki, Qərbi Azərbaycan torpaqlarına qayıdış konsepsiyamız reallaşandan sonra Mirzə Qədim İrəvaninin də irsi tapılacaq.

Ə.DOSTƏLİ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri