Qədim skeletin sahibinin üzü canlandırılıb
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Şotlandiyada Roma imperiyası dövrünə aid arxeoloji ərazidə tapılan insan skeleti əsasında təxminən 2 min il əvvəl yaşamış kişinin üz cizgiləri rəqəmsal üsulla bərpa edilib.
Rekonstruksiya qədim dövrdə yaşamış bu insanın zahiri görünüşünü təsəvvür etməyə və onun həyat hekayəsini daha yaxından öyrənməyə imkan yaradır.
Edinburq yaxınlığındakı İnveresk ərazisində aşkar edilən qalıqların təhlili kişinin eramızın 140–165-ci illəri arasında, ehtimal ki, 50 yaşlarının əvvəllərində vəfat etdiyini göstərir. DNT və sümük analizləri onun Cənubi Britaniyada doğulduğunu, daha sonra isə Şotlandiyaya köçdüyünü üzə çıxarıb. Tədqiqatçılar kişinin həyatı boyu ciddi xəsarətlər aldığını da müəyyənləşdiriblər: burnu sınaraq bitişib, sağ dirsəyindəki sümük dəyişiklikləri isə qolunun hərəkət imkanlarını məhdudlaşdırıb.
Üz cizgilərinin bərpası kəllənin osteoarxeoloji təhlili və digər elmi məlumatlar əsasında aparılıb. Bununla belə, mütəxəssislər rekonstruksiyanın həmin şəxsin görünüşünün tam dəqiq təsviri olmadığını vurğulayırlar.
Kişinin kəlləsi və üz rekonstruksiyası noyabrın 14-də Şotlandiya Milli Muzeyində açılacaq “Roma Şotlandiyası: İmperiyanın sərhədində həyat” adlı sərgidə nümayiş etdiriləcək.
Layihə Roma dövründə Şotlandiyada yaşayan insanların həyatına, səfərlərinə və bölgədəki tarixi proseslərə yeni baxış qazandırır.
Hazırladı:
S.Rzayeva
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 22 Oktyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















