Icma.az
close
up
RU
Qədr gecəsi şübhəsiz ki, müəyyən bir gecədir, amma onu heç kəs dəqiq bilmir İlahiyyatçı

Qədr gecəsi şübhəsiz ki, müəyyən bir gecədir, amma onu heç kəs dəqiq bilmir İlahiyyatçı

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Qədr gecəsi, qiymətli, dəyərli, şərəfli gecə deməkdir. Quranın nazil olduğu gecədir. Ramazan ayının son on günlüyündə olması ehtimalı hədislərdə daha çox önə çıxarılıb. Ola bilsin son ongünlüyü insanlar daha çox ibadətlə keçirsinlər deyə Peyğəmbər özü bu gecəni gizlədib.

Ayın sonuncu tək günlərində olması, son yeddi gecələr içində olması, ayın 19, 21, 23 - də hətta 27 də olması barədə də nəqllər var. Amma mənim diqqətimi çəkən bir hədisdir: İmam Malikin "Muvatta" əsəri məlum olduğu kimi ilk mötəbər fiqh qaynağı və ikinci sağlam, qərəzsiz hədis mənbəyidir. Orada "Etikaf" babında 718-ci hədisdə qeyd olunur ki, Abdullah bin Uneys Peyğəmbərə yaxınlaşıb: - "Ya Rəsulullah, mənim evim uzaqdır, mənə bir gecə söylə ki, həmin gecə məscidə enim" - dedi. Peyğəmbər ona: "Ramazanın 23-cü gecəsi en" - dedi.

Ən doğrusunu Allah bilir. Lakin bu gecənin dəqiq hansı gecə olmasını nadir İslam alimlərindən müəyyən üsulla təyin edənlər də olub. Amma bu, elmi təyinatdır, dini dəlili tutarlı deyil.

Quranın endiyi Qədr gecəsi şübhəsiz ki, müəyyən bir gecədir, amma onu heç kəs dəqiq bilmir. Hətta tərəfdarları qeybi bildiyini iddia etdikləri heç bir İmam, övliya, mürşid, şeyx də cəsarət edib konkret bir gün barədə rəy verməyib. Çünki bu, bir sirri - Xudadır. Onu heç Peyğəmbər də bilməyib. "Mənə unutduruldu" deyib. (Muvatta, Etikaf kitabı).

Amma bir şey var: Qədr surəsində deyilir ki, o gecə min aydan daha xeyirlidir və həmin gecə mələklər və Ruh yerə enər. Və səhərə qədər əminamanlıq olar.

Təfsirçilər surədə qeyd olunan "Ruh"un mələk Cəbrail olduğunu deyiblər. Amma mələklər sözü işləndikdən sonra" Ruh" deyilir. Demək Ruh mələklərdən ayrıca bir varlıqdır. Cəbrail də mələkdir. "Mələklər" sözündə Cəbrayıl da, Mikayil də, İsrafil və Əzrail də var. Ruh isə tamam başqa varlıqdır. Mövzumuz o olmadığı üçün ona varmıram.

Surənin sonunda qeyd olunur ki, həmin gecə dan üzü açılana kimi əminamanlıq olar. "Əminamanlıq" sözünü necə qəbul edirik? Sağ salamatçılıq, heç bir savaş, müharibə, ölümün olmaması? Bəyəm Ramazanın son on günündə bu hadisələr baş vermir? Əlbəttə baş verir. Bəs onda surədə deyilən "səhərə qədər əminamanlıq olar" nə deməkdir? Əvvəlki ayədə o gecə "mələklərin də yerə endiyi" deyilir. Əzrail də mələkdir və vəzifəsi can almaqdır. Şübhəsiz ki, o, Qədr gecəsində yerə bayram təbrik etməyə gəlmir, can almağa enir. Çünki vəzifəsi odur. Demək "əminamanlıq" deyərkən "sağ salamatlıq" anlaşılmamalıdır. Çünki elə adamlar var ki, onun elə Qədr gecəsində canını Allaha tapşırması onun üçün əbədi əminamanlığa qovuşmaqdır. Yaxud elə pis adamlar var ki, onun da Qədr gecəsində canının şəxsən Əzrayıl tərəfindən alınması xalq üçün, əhali üçün, cəmiyyət üçün bir əminamanlıqdır. Çünki Əhli Beytdən nəql edilən çoxsaylı hədislərə görə bu Gecə həm də insanların yeni müqəddəratı təyin və təqdir olunur.

Ona görə həmin gecə ibadət edilir ki, ilahi təyinat, bölgü zamanı bəndələrin əməyi nəzərə alınsın.

Bu Gecə baş verən hadisələr zahirinə görə qiymətləndirilməməlidir. Mahiyyətinə, bəlkə hikmətinə görə dəyərləndirilməlidir. Həmin gecə biri ölürsə, demək onun ölməsi əminamanlıqdır. Ya özü üçün, ya da insanlıq üçün. Hadisələrin əsl səbəbi, hikməti insanlar üçün qaranlıqdır. Nəyin qədər, nəyin qəza olmasını belə çoxu müəyyən edə bilmir...

Tural İRFAN,

İlahiyyatçı-yazar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Mart 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri