Qəfil zolağını dəyişən sürücü qəza təhlükəsi yaratdı, maşındakı azyaşlı.. VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Qara Qarayev prospektində qayda pozan sürücü qəza şəraiti yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 6-da saat 11:46 radələrində qeydə alınıb. Hərəkətdə olan 90-JP-939 dövlət nömrə nişanlı “Ford” markalı yük maşını manevr qaydasını pozub. O, hərəkətdə olduğu zolaqdan sağa keçib və bu zaman həmin zolaqdakı maşına təhlükə yaradıb. Görüntünü qeydə alan sürücü anidən əyləci sıxaraq qəzanın qarşısını alıb. Ardınca o, “Ford”un sürücüsünə siqnal verərək xəbərdarlıq edib. Lakin qayda pozan sürücü ona əhəmiyyət vermədən ən sağ zolağa keçid edib.
Daha sonra sürücülər arasında mübahisə yaranıb. Belə ki, təhlükəylə üzləşən sürücü qəfil əyləci sıxdığı üçün avtomobildəki azyaşlı övladının yıxıldığını deyərək ona iradını bildirib. “Ford”un sürücüsü isə “Dönmə siqnalını yandırıb söndürürəm ki, güzgüdən baxıb mənə yol verəsən” deyərək özünə haqq qazandırıb.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 26 Fevral 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















