Icma.az
close
up
RU
Qəhrəman pilot İqor Kşnyakinin qızı: Atamı itirməyimin ağrı acısını bir dəqiqə də unutmuram

Qəhrəman pilot İqor Kşnyakinin qızı: Atamı itirməyimin ağrı acısını bir dəqiqə də unutmuram

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aviasiya Qəzası Qurbanları və Ailələrinin Beynəlxalq Anım Günü. Fevralın 20-də qeyd edilən bu kədərli gün məhz belə adlanır. Şəxsən mənə təsir edən faciə 2024-cü il dekabrın 25-də baş verdi. Həmin gün həyatımı iki yerə böldü. Atamı itirməyimin ağrı-acısını bir dəqiqə də unutmuram.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Qəhrəman, pilot İqor Kşnyakinin qızı Natalya Kşnyakina Aviasiya Qəzası Qurbanları və Ailələrinin Beynəlxalq Anım Günü ilə bağlı deyib.

“Məndən tez-tez soruşurlar ki, o, necə insan idi?! Hamı üçün o, kapitan İqor Kşnyakin, mənim üçün isə sevimli ata idi. Həssas və qayğıkeş, ailəsinə və insanlara qarşı mehriban, həyatı sevən şən bir insan. Atam öz işinin əsl ustası idi, onun üçün peşəkarlıq və işinə sadiqlik sadəcə söz deyil, həyat kredosu idi. O, həmişə öz təcrübəsini aviasiyada karyerasına yeni başlayan gənc pilotlarla bölüşürdü. Axı onun 15 mindən çox uçuş saatı vardı və ömrünün 40 ilini aviasiyaya həsr edib. O, təkcə peşəsində deyil, onu tanıyanların qəlbində də silinməz izlər qoyub. Onun xidmətləri və qəhrəmanlıqlarının xatirəsi bundan sonra da yaşayacaq, gələcək nəsillərə örnək olacaq”.

“Mən bu dəhşətli faciədə həlak olan və sağ qalan AZAL aviaşirkətinin digər ekipaj üzvlərinin də peşəkarlığını və cəsarətini qeyd etmək istərdim”, - deyə Natalya Kşnyakina əlavə edib. - Onlar kapitanları İqor Kşnyakin başda olmaqla insanları xilas etmək üçün əllərindən gələni etdilər. Bu təyyarə qəzasında həlak olanların hamısına başsağlığı verirəm”.

Qazaxıstanın Aktau səmasında baş verən faciə 38 nəfərin həyatına son qoyub, lakin pilotların fədakarlığı olmasaydı, daha da pis ola bilərdi. Onlardan biri - İqor Kşnyakin həyatı bahasına çoxlu sayda sərnişini xilas edib.

Xatırladaq ki, ötən il dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysi ilə uçan “Embraer E-190” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Fevral 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri