Icma.az
close
up
RU
Qəhrəman Ramil FOTO

Qəhrəman Ramil FOTO

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

44 günlük şanlı zəfərimizdə çox igidimiz Vətən, torpaq yolunda canından keçdi. Mayor Ramil Mərdan oğlu Ağayev də belə qəhrəmanlardandı. Dağlar diyarı Lerikli balasının ömür yolu cəmi 36 il çəkdi. Bu işıqlı dünyada az yaşasa da, xalqına layiqli bir övlad olaraq Vətən qarşısında borcunu şərəflə verdi.

Ramil Ağayev 2006-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirib qəlbini tam Vətənə, torpağına bağlayır. Qarabağın düşmən tapdağında olmasına ona heç cür rahatlıq vermir, azad olması üçün canını belə hər an qurban verməyə hazır olur. Leytenant rütbəsi ilə xidmət etdiyi hərbi hissədə əsgərlərin, zabitlərin hörmətini qazanır.

Mingəçevirdə, Murovdağ silsiləsində Vətənin şərəfini ləyaqətlə qoruyur. 2016-ci ilin Aprel döyüşlərində göstərdiyi xüsusi şücaəti ilə yaddaşlarda qalır. Belə ki, Lələtəpənin alınmasında dığalara qan uddurur. Bu uğura görə Ramilə mayor rütbəsi verilir.

Ramil İkinci Vətən müharibəsinin ilk günündən bir-neçə ağır döyüşlərin qəhrəmanı olur. Öndə getməsi, igidliyi onunla çiyin- çiyinə döyüşənləri də irəliyə, yalnız qələbəyə səsləyir. Cəbrayıl döyüşlərində təkcə düşmənin 12 tankını sıradan çıxardır. Məqamında dəfələrlə yaralıları ağır döyüş meydanından çıxarmaqla, onlara ikinci həyat verir. Qəhrəman Ramil Füzulinin yaşayış məntəqələrinin alınmasında da dığaları ağır itkilərə məruz qoyur. Təəssüf ki, 2020-ci ilin oktyabrın 8-də ömrünün 32-ci baharında şəhadətə qovuşur. Hünəri dillərdə dastan olan Lerikin qartal şərəfli ölümü ilə milyonların qəlbində özünə əzəmətli abidə ucaltmaqla, həm də dövlət tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, "İgidliyə görə", "Döyüşdə fərqlənməyə görə", "Vətən uğrunda" və Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda medallarına layiq görülüb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see765

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see730

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see725

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see521

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see336

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see322

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see283

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see266

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri