Qəhvə aparatı Tümen Bakı reysində məcburi enişə SƏBƏB OLDU
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qəhvə aparatı sayəsində Tümen–Bakı reysi yarımçıq saxlanılıb və təyyarənin salonunda tüstü sensorlarının işə düşməsi səbəbindən hava gəmisi məcburi olaraq Ufa şəhərinə enib.
Modern.az xəbər verir ki, bu barədə SHOT məlumat yayıb.
Məlumata görə, UTair aviaşirkətinə məxsus Boeing 737-500 Tümenin Roşino hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra salondakı tüstü sensorlarının işə düşməsi səbəbindən təcili siqnal verib.
Həmin vaxt təyyarənin arxa hissəsindəki mətbəxdə stüardessalar qəhvə hazırlamağa başlayıblar. İlkin məlumata görə, qəhvə aparatının qoruyucusundan gələn qoxu buna səbəb olub.
Pilotlar əvvəlcə təyyarəni Çelyabinskdə endirməyə çalışıblar, lakin buna nail olmayıblar. Nəticədə təyyarə Ufada təcili eniş edib. Bir müddət sonra isə uçuşunu davam etdirərək Bakıya yollanıb. Təyyarənin göyərtəsində 92 sərnişin olub.
Qeyd edək ki, Ural Nəqliyyat Prokurorluğu hadisəni texniki səbəbdən məcburi eniş kimi təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 15 Avqust 2026 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















