Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Bakıda 28 istiqamətdə sıxlıq var

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Qəhvə qadınların sümüklərinə necə təsir edir? Gözlənilməz kəşf

Qəhvə qadınların sümüklərinə necə təsir edir? Gözlənilməz kəşf

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Menopauzadan sonra qadınlarda çox miqdarda qəhvə istehlakı sümük toxumasının mineral sıxlığını azalda bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" nəşri məlumat yayıb.

Nəticəyə Flinders Universitetinin alimləri gəlib. Tədqiqatın nəticələri "Nutrients" jurnalında dərc olunub.

Alimlər 65 yaşdan yuxarı 9704 qadının 10 il ərzində qəhvə və çay istehlakını təhlil ediblər. Bu müddət ərzində iştirakçıların bud sümüyünün boynu və bud nahiyəsində sümük toxumasının mineral sıxlığı ölçülüb. Məhz bu nahiyələrdə osteoporozla əlaqəli sınıqlar daha çox baş verir.

Tədqiqatçılar müəyyən ediblər ki, çay istehlakı bud nahiyəsində daha yüksək ümumi sümük mineral sıxlığı ilə əlaqəli olub. Gündə 5 stəkandan çox qəhvə içilməsi isə daha aşağı sümük mineral sıxlığı ilə əlaqələndirilib. Eyni zamanda, gündə təxminən 2-3 stəkan qəhvədən ibarət orta istehlakın sümük sağlamlığına mənfi təsiri müşahidə edilməyib.

Araşdırmada digər sağlamlıq və həyat tərzi amillərindən asılı olaraq fərqlər də aşkarlanıb. Daha çox spirtli içki qəbul edən qadınlarda qəhvə sümük mineral sıxlığının azalması ilə əlaqəli olub. Çay ilə sümük sıxlığı arasındakı müsbət əlaqə isə piylənməsi olan qadınlarda daha nəzərəçarpan olub.

Osteoporoz nədir?

Alimlərin fikrincə, sümük toxumasının mineral sıxlığının azalması ilə xarakterizə olunan osteoporoz müxtəlif yaş, cins və etnik mənsubiyyətə malik insanlara təsir edən ciddi qlobal ictimai sağlamlıq problemidir.

Tədqiqata əsasən, dünyada 50 yaş və yuxarı hər üç qadından təxminən biri və hər beş kişidən biri osteoporozla əlaqəli sınıqlarla üzləşir. Qadınlarda risk xüsusilə yüksəkdir, çünki menopauzadan sonra sümük toxumasının itkisi sürətlənir.

Alimlər qəhvə və çayla sümük sağlamlığı arasındakı əlaqəni ona görə araşdırıblar ki, qidalanma ilə bağlı amillər qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır və sümük sağlamlığına təsir göstərə bilər. Qəhvə və çay isə dünyada ən çox istehlak edilən içkilər sırasındadır.

Çay qəhvəni əvəz etməlidirmi?

Tədqiqatın həmmüəllifi Rayan Lyu bildirib ki, çayda çoxlu miqdarda olan katexinlər sümük toxumasının formalaşmasına kömək edə və onun parçalanmasını ləngidə bilər.

"Lakin qəhvənin tərkibindəki kofein, laboratoriya tədqiqatlarının göstərdiyi kimi, kalsiumun mənimsənilməsinə mane ola və sümük metabolizminə təsir göstərə bilər. Bununla belə, bu təsirlər cüzidir və süd əlavə etməklə onların təsirini kompensasiya etmək mümkündür", deyə Lyu qeyd edib.

Onun sözlərinə görə, bu, qəhvədən tamamilə imtina etmək və ya çoxlu miqdarda çay içməyə başlamaq lazım olduğu anlamına gəlmir. O vurğulayıb ki, orta miqdarda çay istehlakı sümük sağlamlığını dəstəkləməyin sadə yollarından biri ola bilər, çox böyük miqdarda qəhvə istehlakı isə xüsusilə spirtli içki qəbul edən qadınlar üçün ən yaxşı seçim olmaya bilər.

Diplomlu diyetoloq Liza Yanq isə tədqiqatın nəticələrini ehtiyatla şərh etməyin vacibliyini bildirib.

"Bu tədqiqat gündəlik içkilərin sümük sağlamlığı ilə necə əlaqəli ola biləcəyinə maraqlı baxış təqdim edir. Lakin nəticələr ehtiyatla şərh edilməlidir. Qadınlar müəyyən müddət ərzində müşahidə edilib, onların kimə qəhvə və ya çay içməyin tövsiyə edildiyi müəyyənləşdirilməyib. Buna görə də tədqiqat yalnız əlaqələri göstərə bilər, qəhvənin sümükləri zəiflətdiyini və ya çayın onları möhkəmləndirdiyini sübut edə bilməz", deyə Yanq bildirib.

Onun sözlərinə görə, tədqiqatın bir sıra məhdudiyyətləri olub. Bunlara iştirakçıların həyat tərzindəki fərqlər, sınıqlar əvəzinə sümük toxumasının mineral sıxlığına diqqət yetirilməsi, həmçinin əsasən yaşlı qadınlarda müşahidə olunan nisbətən kiçik təsirlər daxildir.

Mayo Klinikasının məlumatına görə, osteoporoz və sümük kütləsinin erkən itkisinin əlamətləri arasında bel ağrısı, boyun tədricən qısalması və bədənin əyilməsi yer alır.

Yanqın sözlərinə görə, ictimaiyyət üçün əsas nəticə ürəkaçandır: orta miqdarda qəhvə istehlakı, görünür, problem yaratmır və sümük sağlamlığı naminə içkiləri dəyişdirməyə ehtiyac yoxdur.

"Sümüklərin sağlamlığını qorumağın ən yaxşı yolları kifayət qədər kalsium və D vitamini qəbul etmək, fiziki aktiv olmaq, siqaretdən və həddindən artıq spirt istehlakından uzaq durmaqdır. Eyni zamanda, möhkəm sağlamlıq naminə qəhvənin orta miqdarda istehlak edilməsinin tərəfdarıyam. Hər şeyin həddindən artıq istifadəsi heç vaxt fayda vermir", deyə Yanq qeyd edib.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Sentyabr 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see738

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see591

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see305

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see302

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see294

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see293

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see281

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see271

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see256

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see254

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see251

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see248

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see248

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see246

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see244

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see228

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see222

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see214

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see209

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri