Icma.az
close
up
RU
Qəlbləri ən asan fəth edən 5 bürc

Qəlbləri ən asan fəth edən 5 bürc

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səmimiyyəti, mərhəməti, nəzakəti və ya güclü empatiya bacarığı ilə ətrafındakı insanlara özünü sevdirən bürclər ön plana çıxır.

Milli.Az xəbər verir ki, xərçəng, şir, tərəzi, əqrəb və balıq fərqli xüsusiyyətləri ilə siyahının ilk 5 pilləsini tuturlar.

Bəzi insanlar ilk qarşılaşmada isti təəssürat yaratsa da, bəziləri ilə yaxınlaşdıqca tamam başqa bir tərəf üzə çıxır. Bürclərə aid edilən xarakter xüsusiyyətləri kiminin sevimliliyini mərhəmətlə, kimininkini isə nəvaziş, zərafət və ya sədaqətlə izah edir.

1. Xərçəng: Sevgisini kiçik detallarla göstərir
Empatiya qabiliyyəti və mərhəmətli yanaşması ilə tanınan xərçəng xüsusilə yaxınlarının duyğularına və ehtiyaclarına önəm verməsi ilə seçilir. Onun üçün sevgisini göstərmək hər zaman böyük jestlər etmək demək deyil. Qarşısındakını dinləməsi, ehtiyac duyduğu anda yanında olması və dəyər verdiyini hiss etdirməsi əlaqələrində mühüm yer tutur. Qidalandırıcı və qoruyucu xüsusiyyəti ətrafdakılarla isti bağ qurmasını asanlaşdırır.

2. Şir: Görünənlərin altında isti bir tərəf var
Şir deyildikdə ağıza ilk olaraq özünəinam və xarizma gəlir. Lakin onun insanlara özünü sevdirən cəhətlərindən biri də isti və paylaşımcı təbiətidir. Səxavəti ilə seçilən Şir sevdiklərini xoşbəxt etməyi xoşlayır. Əliaçıqlığına zarafatcıl tavrları və əyləncəli ünsiyyəti də əlavə olunanda olduğu mühitdə insanlarla asanlıqla bağ quran xarakter ortaya çıxır.

3. Tərəzi: İncitməməyə xüsusi diqqət yetirir
Tərəzinin güclü tərəfi ünsiyyət tərzində üzə çıxır. Nəzakətli və zərif davranması, qarşısındakı insanı qırmamağa diqqət etməsi onu cana yaxın bürclərdən birinə çevrir. Fərqli baxış bucaqlarını anlamaga çalışması və münasibətlərində tarazlıq axtarması da Tərəziyə aid edilən xüsusiyyətlərdəndir.

4. Əqrəb: Məsafəli görünür, amma yaxınlaşdıqda tam dəyişir
Əqrəbin siyahıdakı yeri digərlərindən bir qədər fərqlidir. İlk baxışdan sirli, hətta məsafəli görünməsinə baxmayaraq, yaxınlıq qurduğu insanlara qarşı güclü sədaqət göstərir. Duyğularını intensiv yaşaya Əqrəb üçün səmimiyyət vacibdir. Güvəndiyi insanlarla qurduğu bağdakı dəyəri hiss etdirməsi xarici görünüşünün arxasındakı isti tərəfini ortaya çıxarır.

5. Balıq: Qarşısındakının duyğusunu dərhal tutur
Balıq bürcünün ön plana çıxan tərəfi empatiyadır. Başqalarının nə hiss etdiyini anlamaga çalışması və yaşananlara həssas yanaşması münasibətlərində mərhəmətli tavr sərgiləməsini təmin edir. Romantik tərəfi və güclü xəyal dünyası ilə yanaşı, incə düşüncəli davranışları da onun isti və sevimli tapılmasının səbəbləri arasındadır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Oktyabr 2026 06:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri