Icma.az
close
up
RU
Qələbə diplomatiyasının informasiya müstəvisində təsdiqi

Qələbə diplomatiyasının informasiya müstəvisində təsdiqi

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ilin iyulunda Azərbaycanın tarixi və strateji şəhəri Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu həm mahiyyəti, həm də formatı baxımından regional media tədbiri olmaqdan çıxaraq qlobal dialoq platformasına çevrildi. Cənab Prezident İlham Əliyevin şəxsən iştirak etdiyi və birbaşa suallara cavab verdiyi Forum, 52 ölkədən 140 qonağın, 30-a yaxın informasiya agentliyi və 80 media qurumunun nümayəndəsinin iştirakı ilə dünyanın diqqətini bir daha Qarabağa yönəltdi.

Bu ilki Forumun əsas mövzusu — “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” — həm müasir dövrün çağırışlarına cavab verir, həm də medianın dəyişən dünya düzənindəki rolunu yenidən düşünməyə çağırırdı. Forumun moderatoru – “Euronews”un Yaxın Şərq bürosunun rəhbəri xanım Ceyn Viterspunun sözləri ilə desək, bu tədbir “fikri formalaşdıran rəhbərləri, media peşəkarlarını və dünyanın müxtəlif yerlərindən gəlmiş insanları dialoq və şəffaflıq prinsipləri əsasında bir araya gətirməyi hədəfləyib.” Əslində bu həm də media diplomatiyası və strateji yumuşaq güc kimi də önəmlidir. Artıq üçüncü ildir ki, Şuşa Qlobal Media Forumu Azərbaycanın yumşaq güc alətlərindən biri kimi, həm informasiya müharibəsində, həm postmünaqişə reallıqlarının tanıdılmasında, həm də media diplomatiyasının inkişafında mühüm rol oynayır. Cənab Prezident İlham Əliyev bu baxımdan haqlı olaraq Forumun artıq “ənənəvi xarakter aldığını” və coğrafi əhatəsinin ildən-ilə genişləndiyini qeyd etdi. Şuşadan Xankəndiyə daşınan media tribunası — özlüyündə Azərbaycanın real sülh gündəliyinin və qələbə diplomatiyasının informasiya müstəvisində təsdiqidir. Forumun Xankəndidə, Zəfər Meydanının yaxınlığında yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsi, həm də simvolik xarakter daşıyır. Burada əvvəllər “separatçılığın beyni” hesab edilən binaların yerində indi Vətən Qələbəsini, Azərbaycan dövlətçiliyinin suveren rəmzlərini əks etdirən müasir infrastruktur yüksəlməkdədir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, “burada keçirilən tədbirlər həyatın geri döndüyünü sübut edir və dünya ictimaiyyətinə verilən aydın mesajdır.” Bu Forumu qlobal gündəmin qovşağa kimi və Şuşada siyasi etimad platforması kimi də qiymətləndirmək olar. Forumda təqdim olunan suallar və Prezident İlham Əliyevin verdiyi açıq, birbaşa cavablar göstərdi ki, bu tədbir təkcə media məsələlərinin deyil, həm də qlobal siyasət, enerji təhlükəsizliyi, ekoloji transformasiya, süni intellekt və geosiyasi gərginliklər fonunda kommunikasiya etikasının dərin müzakirə olunduğu meydandır. Söhbət artıq təkcə informasiya vasitələrinin inkişafından getmir. Söhbət qlobal təsir, strateji informasiya axınının tənzimlənməsi, jurnalistikanın obyektivliyi və yeni çağırışlara adaptasiyasından gedir. Və bu funksiyaları yerinə yetirmək üçün Azərbaycan artıq öz modelini – Şuşa modelini təqdim edir. III Şuşa Qlobal Media Forumu təkcə media sektoruna deyil, eyni zamanda Azərbaycanın böyük strateji vizyonuna dair mühüm mesajların verildiyi bir platformaya çevrildi. Prezident İlham Əliyevin cavablarında COP29-un Bakıda keçirilməsi ilə bağlı fikirlər, Azərbaycanın ekoloji məsuliyyətli dövlət imicini daha da gücləndirdi. Bu Forum, eyni zamanda COP29-un irsi və Azərbaycanın Yaşıl Keçid Siyasətinin informasiya blokuna çevrildi. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan artıq dünyada yaşıl enerji ölkəsi kimi tanınır və bu sahədə liderliyə doğru inamla irəliləyir.” Bu, bir tərəfdən ekoloji diplomatiya, digər tərəfdən isə “yaşıl brendin” informativ təsdiqidir. Forumda süni intellektin media sahəsinə təsiri də geniş müzakirə olundu. “Media 5.0” adlandırıla biləcək bu yeni dövrdə jurnalistikanın təbiəti dəyişir — informasiyanın istehsalı, yayımı və qəbul olunması süni intellekt vasitəsilə optimallaşdırılır. Cənab Prezidentin bu mövzuya xüsusi diqqət yetirməsi göstərdi ki, Azərbaycan bu texnoloji transformasiyaya hazırdır və süni intellektin etik istifadəsi ilə bağlı normativ çərçivələr üzərində düşünür. Media artıq yalnız “insan mənbəyi” ilə deyil, həm də “alqoritmik şüur”la fəaliyyət göstərir. Eyni zamanda, Forumda Zəngəzur dəhlizi və geostrateji bağlantılarla bağlı Prezidentin söylədiyi fikirlər də mühüm mesaj idi. “Zəngəzur Dəhlizi reallaşarsa, bu, nəinki Azərbaycan üçün, bütün bölgə üçün ciddi bir bağlantı layihəsinə çevriləcək,” — deyə Prezident bildirib. Bu ifadə, eyni zamanda Forumun geopolitik mesaj daşıdığını, informasiya və kommunikasiya sferasında da inteqrasiya siyasətini təşviq etdiyini göstərir. Rusiya-Azərbaycan münasibətləri ilə bağlı Prezidentin verdiyi cavabların sətiraltı mənası isə aydın şəkildə nümayiş etdirdi ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu davam etdirir. Cənab Prezidentin ritorikasında ani emosiyalardan uzaq, strateji sabitliyə və uzunmüddətli əməkdaşlığa əsaslanan diplomatik üslub ön planda idi. “Biz Rusiya ilə qarşılıqlı hörmət və strateji tərəfdaşlıq çərçivəsində münasibətlərimizi davam etdiririk,” — fikri bu baxımdan həm regional sabitliyin qorunmasına yönəlmiş mesaj, həm də informasiya diplomatiyasının tərkib hissəsi kimi oxunmalıdır. Nəticə etibarilə, III Şuşa Qlobal Media Forumu təkcə medianın gələcəyindən deyil, həm də Azərbaycanın gələcəyindən bəhs edən, strateji mesajlarla zəngin, qlobal informasiya arenasında ölkəmizin intellektual və siyasi çəkisini göstərən bir platforma oldu. COP29-un irsi, rəqəmsallaşma və süni intellekt, geostrateji əlaqələr və kommunikasiya təhlükəsizliyi fonunda bu Forum Azərbaycanın informasiyada suverenlik prinsipini təbliğ edən unikal modelinə çevrildi.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyul 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri