Icma.az
close
up
RU
Qələbə, iqtisadi güc və dövlət nüfuzunun memarı

Qələbə, iqtisadi güc və dövlət nüfuzunun memarı

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir Azərbaycan tarixinin ən mürəkkəb, eyni zamanda ən şərəfli mərhələsi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi dövründə Azərbaycan yalnız sosial-iqtisadi inkişaf mərhələsi keçməmiş, həm də öz dövlətçilik tarixinin ən mühüm strateji məqsədlərinə nail olmuşdur. Bu dövr güclü siyasi iradə, çevik idarəçilik, milli maraqlara söykənən prinsipial mövqe və tarixi ədalətin bərpası ilə səciyyələnir.Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət idarəçiliyi sistemli və məqsədyönlü şəkildə formalaşdırılmış, milli təhlükəsizlik, iqtisadi müstəqillik və sosial rifah əsas prioritetlər kimi müəyyən edilmişdir. Xüsusilə COVID-19 pandemiyası dövründə dövlətin çevik qərarları və operativ idarəetməsi Azərbaycanı bu qlobal böhrandan minimum itkilərlə çıxaran ölkələrdən birinə çevirdi. Qısa müddətdə səhiyyə sisteminin səfərbər edilməsi, Operativ Qərargahın yaradılması, vaksinasiya strategiyasının vaxtında qəbul olunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezidentin böhran idarəetmə qabiliyyətinin bariz nümunəsi oldu. Pandemiya dövründə və postpandemiya mərhələsində əhaliyə və biznes subyektlərinə milyardlarla dollar həcmində dəstək paketlərinin ayrılması sosial dövlət modelinin real təzahürü kimi qiymətləndirilir.Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinin zirvə nöqtəsi isə Azərbaycan tarixində əbədi qalacaq Zəfər salnaməsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti İlham Əliyevin rəhbərliyi dövründə keyfiyyətcə yeni mərhələyə yüksəldi. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, hərbi sənayenin yaradılması, şəxsi heyətin sosial təminatının yaxşılaşdırılması və müasir döyüş texnologiyalarının tətbiqi Azərbaycan Silahlı Qüvvələrini regionun ən güclü ordularından birinə çevirdi. Bu uzunmüddətli və məqsədli strategiyanın nəticəsi 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində öz tarixi bəhrəsini verdi.Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalq–ordu birliyi və milli ruhun gücü nəticəsində Azərbaycan işğal altındakı torpaqlarını azad etdi, ərazi bütövlüyünü bərpa etdi və düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Şuşanın azad olunması bu Qələbənin həm hərbi, həm də mənəvi zirvəsi oldu. 300-dən çox şəhər və kəndin azad edilməsi, daha sonra Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması Prezidentin siyasi uzaqgörənliyinin və diplomatik məharətinin nəticəsi idi.Müharibə dövründə Prezident İlham Əliyevin apardığı qələbə diplomatiyası XXI əsrin informasiya müharibəsi tarixində ayrıca yer tutur. Dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələr vasitəsilə Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırıldı, dezinformasiya cəhdləri ifşa edildi və ölkəmizin haqlı mövqeyi qlobal səviyyədə qəbul olundu. Bu diplomatik mübarizə hərbi qələbəni informasiya müstəvisində də möhkəmləndirdi.2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu. Dövlət bayrağının Xankəndidə qaldırılması Prezident İlham Əliyevin illər əvvəl verdiyi sözün əmələ çevrildiyini bir daha sübut etdi. Dövlət Suverenliyi Gününün təsis edilməsi isə bu tarixi mərhələnin rəsmi-siyasi təsdiqi oldu.Qələbənin yalnız hərbi deyil, eyni zamanda mənəvi və sosial ölçüləri də vardır. Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis olunan orden və medallar, Zəfər Günü, Zəfər paradları, Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi xalqın yaddaşında bu tarixi hadisələrin əbədiləşdirilməsinə xidmət edir. Eyni zamanda şəhid ailələri və qazilərə göstərilən misilsiz sosial dəstək dövlət–vətəndaş münasibətlərində yeni bir mərhələ yaratmışdır.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı postmünaqişə dövrünün ən genişmiqyaslı və sistemli bərpa layihələrindən biridir. Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə inşa olunan şəhər və kəndlər, yollar, hava limanları, enerji və sosial infrastruktur bu ərazilərin yenidən dirçəldiyini nümayiş etdirir. Minatəmizləmə, sənaye parklarının yaradılması, məşğulluğun təmin edilməsi və təhsilin təşkili Böyük Qayıdışın davamlılığını təmin edən əsas amillərdir.Bu gün on minlərlə insan öz doğma yurdlarına qayıdır, yaşayır, işləyir və təhsil alır. Bu, yalnız fiziki qayıdış deyil, tarixi ədalətin, milli ləyaqətin və dövlət suverenliyinin qayıdışıdır. Prezident İlham Əliyevin uzaqgörən strategiyası nəticəsində Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ümumi iqtisadi sisteminə reinteqrasiya olunur və regionun inkişafına yeni nəfəs gətirir.Prezident İlham Əliyevin fəaliyyəti sübut etdi ki, sözlə əməl bir olduqda dövlət güclənir, xalq birləşir və tarix dəyişir. Onun rəhbərliyi dövründə Azərbaycan qalib dövlət, xalq isə müzəffər xalq kimi öz yerini regionda və dünyada möhkəmləndirmişdir. Bu yol təkcə ötən illərin deyil, gələcək nəsillərin də qürur mənbəyi olacaq bir dövlətçilik salnaməsidir.

Elnarə Akimova
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri