Icma.az
close
up
RU
Qərb Birliyi bu təşkilata qarşıdır MÜNASİBƏT BİLDİRİLDİ

Qərb Birliyi bu təşkilata qarşıdır MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"BRICS sammiti beş dövlətdən təşkil olunur. Bu blok yaransa da hələ dünyada güc mərkəzi və blok kimi qeydiyyata alınmayıb. Amma təbii ki, dünyada bir çox proseslərə həm iqtisadi, həm də siyasi proseslərə təsir etməli imkanında olan qurumdur. Bu dövlətlər dünya əhalisinin təqribən 45% əhatə edir. Dünya iqtisadiyyatının da təqribən 37-38%-ni əhatə edir. Bu birliyə daxil olan dövlətlər hal-hazırda inkişaf dövrünü yaşayır. Xüsusilə qeyd etmək istəyirəm ki, Rusiyada müəyyən iqtisadi böhran və tətbiq olunmuş tədris siyasəti var. Amma məsələn, həm Braziliya, həm də Çin iqtisadiyyatı hal-hazırda inkişaf etməkdədir. Cənubi Afrika dövləti, o cümlədən Braziliya, Rusiya, Çin, Hindistan dövlətləri həm əhali, həm də iqtisadi baxımdan dünya iqtisadiyyatında aldığı pay baxımından əhəmiyyətə malikdir". Bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, eyni zamanda hal-hazırda Qərb Birliyi bu təşkilata qarşıdır: "Qərb dövlətləri dünyada müəyyən nizam yaratmaq istəyindədirlər. Birqütblü idarəetmə prinsipləri tətbiq etmək istəyindədirlər. Amma hər bir sahədə olduğu kimi dünya nüfuzunda, idarəetməsində də müəyyən paritetin, ikiliqütbün olmasa daha əhəmiyyətlidir. Bu dövlətlərin inkişafı son nəticədə müəyyən qərb dövlətlərinin də öz siyasətinə yenidən baxmağa şərait yaradacaq. Azərbaycan bloklara qoşulmur və bloklara qoşulmayan dövlətlər birliyindədir. Bu baxımdan həm BRICS-lə, həm NATO ilə müəyyən məsafədə qalıb əməkdaşlıq etməsi daha məqsədəuyğundur ki, Azərbaycan dövləti də hal-hazırda bu yolu tutur.

Bildiyimiz kimi həm regionda, həm də keçmiş postsovet məkanında hal-hazırda Çinin təsiri imkanları daha da güclənir. Son dövrlər bu təsir imkanlarına qarşı mövqe ortaya qoyan ABŞ həmin təsiri azaltmaq və itirilmiş mövqeləri geri qaytarmaq fikrindədir. Təbii ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra məhz bu istiqamətdə ciddi addımlar atmağı planlaşdırır. Son nəticədə dünyanın xilası paritetli və müəyyən dəngəli, yəni bir tərəfə üstünlük vermədən bütün tərəflərin mövqeyini nəzərə alaraq idarəetmənin, əməkdaşlığın təmin olunmasından keçir. Çünki tarixən görmüşük ki, dünya birqütblü olan zaman münaqişələr və müharibələr daha çox olur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:354
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Mart 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri