Icma.az
close
up
RU
Qərb dairələrinin qarayaxma kampaniyası iflasa uğradı Rəsmi Bakı dünyanın diqqət mərkəzində

Qərb dairələrinin qarayaxma kampaniyası iflasa uğradı Rəsmi Bakı dünyanın diqqət mərkəzində

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra biz hədəfə çevrildik və bu, qarayaxma kampaniyası idi. İddia edilir ki, guya Azərbaycan neft ölkəsi kimi ekologiyaya ciddi ziyan vurur. Halbuki, Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Azərbaycandan dəfələrlə çox neft və qaz istehsal edən ölkələr var. Onların arasında bizi tənqid edənlər də var. Bu tənqidlərin heç bir əsası yoxdur.

Sadəcə, həmin Qərb dairələri, onların təsirində olan müxtəlif qeyri-hökumət təşkilatları BMT kimi dünyanın ən böyük təşkilatının ən mötəbər tədbirinin Azərbaycan kimi müstəqil siyasət yürüdən, torpaqlarını öz gücünə işğaldan azad edən ölkədə keçirilməsini həzm edə bilmirlər".

Bunu Azərbaycanın COP29-a ev sahibi seçildikdən dərhal sonra ölkəmizə qarşı təşkil olunmuş qarayaxma və böhtan kampaniyasını Oxu.Az-a şərh edən deputat Sevinc Fətəliyeva deyib.

O qeyd edib ki, iqlim dəyişikliyi ilə qlobal mübarizə bütün dünyanın həmrəyliyini tələb edir. Azərbaycan da beynəlxalq səviyyədə iqlim çağırışlarına xüsusi diqqət yetirərək ekoloji proqram və konvensiyaların tələblərinə məsuliyyətlə yanaşır.

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulmuş ölkəmiz istilik effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı öhdəliklərə qoşularaq bu istiqamətdə ilk Milli Fəaliyyət Planını hazırlayıb, habelə Kioto Protokolunu təsdiq edib.

Respublikamız Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 2016-cı ildə imzalayaraq ratifikasiya edən ilk ölkələrdən biridir. Azərbaycan COP29-a ev sahibliyi etməklə bu istiqamətdə öhdəliklərə sadiq olduğunu nümayiş etdirir.

Ölkəmiz dünyanın ən mötəbər tədbirini yüksək səviyyədə təşkil edib. COP29-un açılış mərasimi də bu faktı təsdiqləyir. Açılış mərasimində dərin məzmunlu çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə gördüyü işlər, eləcə də qarşıda duran vəzifələr barədə fikirlərini açıqlayıb.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədi həmin qlobal öhdəliklərin yerinə yetirilməsi üçün fundamental hüquqi bazadır və sənəddə çoxplanlı tədbirlər müəyyən edilib. Həmçinin, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda təmiz ətraf mühit konseptinə uyğun olaraq bərpaolunan enerji mənbələrindən istifadənin, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi və digər məqsədlər müəyyən edilib.

Bütün bunlar, ölkəmizin qlobal iqlim dəyişiklikləri ilə mübarizədə dönməz və prinsipial niyyətini ifadə edir. Cənab Prezident çıxışında Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizdə təbiətə, ekologiyaya vurduğu ziyan haqqında da məlumat verib.

Görünür, Ermənistana havadarlıq edən bəzi Qərb ölkələrinin COP29-un ölkəmizdə keçirilməsinə əngəl olmaq cəhdlərinin səbəblərindən biri də bu idi. Halbuki, COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışır. Məntiqlə, Azərbaycanın bu təşəbbüsünə məhz həmin Qərb ölkələri də dəstək verməlidir. Çünki ölkəmizin bu niyyəti xoş məramlıdır. Üstəlik, Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərimizi yaşıl enerji zonası elan edib. Bu fakt da yaşıl iqtisadiyyat üçün böyük töhfədir",- deyə S.Fətəliyeva bildirib.

Deputatın sözlərinə görə, Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib:

"Dövlətimizin başçısının dediyi kimi, biz, həmçinin, ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək. Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik".

Sevinc Fətəliyeva onu da vurğulayıb ki, həmin dairələrin cəhdləri iflasa uğrayıb.

"Onlara ən layiqli cavabı Prezident İlham Əliyev COP29-un açılışı zamanı çıxışında verdi. Sözügedən Qərb dairələrin bu tədbirin ölkəmizdə keçirilməməsi üçün etdikləri cəhdlərə baxmayaraq, 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçı tədbirdə iştirak edir. Onların arasında 80 prezident, vitse-prezident və baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb. Ona görə də, həmin dairələr yəqin ki, bu gün çox məyusdurlar. Kimin hansı mövqedə olmasına baxmayaraq, Azərbaycan qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm təşəbbüslər irəli sürüb. COP29-da qəbul olunan qərarlar bu istiqamətdə ciddi nəticələrin əldə olunmasına imkan yaradacaq".

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Noyabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri