Icma.az
close
up
RU
Qərb kəşfiyyatı qorxunc planı ifşa etdi: Qlobal savaş ssenarisi artıq strateji masa dadır

Qərb kəşfiyyatı qorxunc planı ifşa etdi: Qlobal savaş ssenarisi artıq strateji masa dadır

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniya xüsusi xidmət servislərinin xəbərdarlığı və ABŞ-ın kəşfiyyat fəaliyyəti onu göstərir ki, kollektiv Qərb artıq tədricən yeni təhlükəsizlik mərhələsinə daxil olur... Rusiya-NATO hərbi toqquşması ilə bağlı ssenarilərin xofu altında olan Qərb “dron divarı” ilə Avropanın müdafiəsini "beton divarlar"dan məhz süni intellektin himayəsinə daşıyır...

Avropa Birliyi ölkələrində ciddi xof yaşanır. Belə ki, Son vaxtlar Rusiyanın zərbə dronları Avropa ölkələrinin hava məkanında tez-tez peyda olmağa başlayıb. Üstəlik, NATO-ya üzv olan "qoca qitə" ölkələri bu hərbi təhlükədən etibarlı müdafiə sistemi yaratmağa da nail ola bilməyiblər. Ona görə də, hazırda Avropa məkanında “dron divarı”nın qurulması ilə bağlı ideya kifayət qədər ciddi şəkildə müzakirə olunur. Almaniya kəşfiyyatının NATO-ya qarşı Rusiya planları barədə xəbərdarlığı isə mövcud narahatlığı daha da artırıb. Və indi "Rusiya yeni müharibəyə hazırlaşırmı" sualı kifayət qədər aktual xarakter daşıyır.

Məsələ ondadır ki, Avropa təhlükəsizlik sistemində gərginliyin artdığı bir vaxtda Almaniya kəşfiyyatından gələn həmin xəbərdarlıq "qoca qitə" üçün "soyuq duş" effekti verib. Avropa Komissiyasının müdafiə üzrə üzvü Andryus Kubilyus bildirib ki, Kremldə NATO-ya qarşı hücum ssenariləri ciddi şəkildə müzakirə edilir. Onun fikrincə, “əgər, Rusiya siyasi dairələrində bu barədə ən yüksək səviyyədə danışırlarsa, deməli, Kreml həqiqətən də Avropaya hücum planlaşdırır”.

 

Onu da qeyd etmək lazımdır ki, avropalı siyasətçinin bu həyəcanlı açıqlaması yalnız Rusiya əleyhinə siyasi ritorika deyil və bu, real kəşfiyyat məlumatlarına əsaslanan xəbərdarlıq mesajı kimi qiymətləndirilir. Belə hesab olunur ki, Rusiya NATO ilə birbaşa qarşıdurma ehtimalını artıq "strateji masa" üzərində saxlayır. Və Avropa məkanında isə Rusiyanın törədə biləcəyi qlobal savaş ehtimalına daha çox yaxınlaşan böyük təhlükə kimi yanaşmağa çalışırlar.

Maraqlıdır ki, Andryus Kubilyusun açıqlamasında diqqətçəkən əsas məqam “dron divarı” adlandırılan yeni müdafiə sistemi ilə birbaşa bağlıdır. Çünki onun sözlərinə görə, növbəti qlobal müharibə milyonlarla dronun iştirakı ilə aparılacaq. Ona görə də, müasir savaş dövründə qarşıduran tərəflərdən hansı dron texnologiyasında və elektron müharibədə daha çevik olacaqsa, o da qalib gələcək.

Təbii ki, Avropa Birliyi artıq bu reallığa uyğunlaşmaq üçün Polşa, Baltikyanı region və Skandinaviya istiqamətlərində radioelektron mübarizə, dron düşürmə texnologiyası və mobil quru qrupları üzərində qurulan genişmiqyaslı müdafiə infrastrukturu yaratmağa çalışır. Bu layihə isə faktiki olaraq, Avropa qitəsinin yeni “elektron sərhəd qalxanı” olacaq. Və Rusiya sərhədlərinə yaxın ərazilərdə hava məkanını, eləcə də rabitə sistemlərini qoruyacaq "texnoloji divara" çevriləcək.

 

Belə anlaşılır ki, əgər, XX əsrin ortalarında "Berlin divarı" qarşıduran qlobal qütblər arasında ideoloji sərhədləri simvolizə edirdi. İndi isə XXI əsrin Avropasında “dron divarı” ilə yeni "texnoloji cəbhə xətti" çəkilir. Və bu, NATO-nun kollektiv müdafiə konsepsiyasını fiziki ordudan daha çox smart sistemlərə, süni intellektə, eləcə də elektron nəzarətə yönəldən yeni mərhələnin başlanğıcı kimi görünür.

Digər tərəfdən, yeni "texnoloji cəbhə xətti" regionunda ABŞ kəşfiyyatının fəaliyyət göstərməsi də Rusiya ilə hərbi qarşıdurmaya hazırlığın artıq ən yüksək səviyyəyə çatdığını biruzə verir. Hər halda, məhz bu mərhələdə Baltikyanı regionda müşahidə olunan son hadisələr bu tendensiyanın təsdiqidir. Belə ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing RC-135 Combat Sent" adlı ultragizli kəşfiyyat təyyarəsi Rusiyanın Kalininqrad şəhəri yaxınlığında uçuşlar həyata keçirib. Təyyarə İngiltərədən qalxaraq, Baltikyanı ölkələrin üzərindən keçib və bir neçə dəfə Kalininqrad ətrafında dövrə vurub.

Onu da qeyd etmək lazımdır ki, ABŞ kəşfiyyat təyyarəsinin bu uçuşu Almaniya kansleri Fridrix Mersin “Rusiya ilə hibrid müharibə aparırıq” açıqlamasından cəmisi bir gün sonraya təsadüf edir. Beləliklə, ABŞ-ın hərbi kəşfiyyat fəaliyyətləri ilə Almaniyanın siyasi mesajları demək olar ki, sinxron şəkildə üst-üstə düşür. Və bu, kollektiv Qərbin Rusiya təhlükəsinə qarşı ortaq narahatlıqdan qaynaqlanan vahid fəaliyyət planına malik olduğunu göstərir.

Digər tərəfdən, Qərb hərbi ekspertləri isə xüsusi olaraq, xatırladırlar ki, "RC-135" tipli təyyarələr düşmənin radar və elektron rabitə sistemlərini analiz etmək üçün istifadə olunur. Başqa sözlə, bu uçuşlar Rusiya müdafiə sistemlərinin “elektron xəritəsini” çıxartmağa yönəlib. Kreml üçün strateji önəm daşıyan Kalininqrad bölgəsinin seçilməsi isə qətiyyən təsadüfi deyil. Və bu bölgə Rusiyanın Baltik dənizindəki nüvə potensialının əsas "düyün nöqtəsi" sayılır.

 

Avropa paytaxtlarında artıq anlayırlar ki, Ukrayna cəbhəsi Rusiya ilə hərbi toqquşmanın yeganə savaş poliqonu deyil. Yəni, Kremlin hərbi-strateji planlaşdırması Baltikyanı region, Polşa və Skandinaviya istiqamətlərini də əhatə edir. Bu səbəbdən də Almaniya və ABŞ arasında həm siyasi və həm də hərbi koordinasiyanı dərinləşdirir. Bir tərəfdən, rəsmi Berlin “hibrid müharibə” reallığını qəbul edir, digər tərəfdən isə Ağ Ev hava və kiber kəşfiyyatı vasitəsilə regionda Rusiyanin hərbi fəaliyyətini izləyir. Və nəticədə Avropa “soyuq müharibə"dən sonrakı "sülh illüziyası"ndan” qəti şəkildə uzaqlaşır.

Belə anlaşılır ki, hazırda baş verənlər Avropanın timsalında Qərb üçün yalnız təhlükə deyil, həm də "strateji oyanış" mərhələsidir. Ukrayna savaşı onu göstərdi ki, müasir müharibələrdə ən bahalı tank və təyyarələr belə, ucuz, çevik və ağıllı dron sistemləri qarşısında zərbə altında qala bilər. Və ona görə də Avropa ölkələri öz ordularında artıq hərbi kadrların sayını deyil, məhz elektron sistemlərin adaptasiyasını, eləcə də süni intellekt imkanlarını gücləndirməyə yönəlirlər.

Beləliklə, Almaniya xüsusi xidmət servislərinin xəbərdarlığı və ABŞ-ın kəşfiyyat fəaliyyəti onu göstərir ki, kollektiv Qərb artıq tədricən yeni təhlükəsizlik mərhələsinə daxil olur. Ehtimal olunan Rusiya-NATO qarşıdurması ilə bağlı ssenarilərin xofu altında Qərb “dron divarı” layihəsi ilə Avropa qitəsinin müdafiəsini "beton divarlar"dan məhz süni intellektin himayəsinə daşıyır. Bu isə kollektiv Qərb üçün Avropa məkanında yalnız texnoloji deyil, həm də "siyasi çevriliş"dir.(musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Oktyabr 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see176

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see172

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri