Icma.az
close
up
RU
Qərb suveren dövlətlərə qarşı “beşinci kolon” vasitəsilə Cənubi Qafqazın hədəfə alınmasının pərdəarxası ŞƏRH

Qərb suveren dövlətlərə qarşı “beşinci kolon” vasitəsilə Cənubi Qafqazın hədəfə alınmasının pərdəarxası ŞƏRH

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Qərb xarici ölkələrdə yaratdığı və sınaqdan keçirdiyi “beşinci kolon” vasitəsilə ölkələrin daxilində vəziyyəti pisləşdirərək gərginlik yaratmağa çalışır. Hər zamankı kimi müxtəlif dövlətlərin daxili işlərinə qarışmaq, qarşıdurma yaratmaqla məşğuldur. Bu proseslər qurban seçilən dövlətlərə ziyandan başqa heç nə gətirmir. Təmin olunan yalnız Qərbin maraqlarıdır. Onların xarici ölkələrdə öz "beşinci kolon"larını yaratmaq üçün sınaqdan keçmiş metodologiyası var. Bu metodologiya bir çox cəhətdən qonşu İran dövlətinin xaricdəki iş metodlarına bənzəyir. Konkret olaraq Yaxın Şərqdə baş verən son hadisələr buna əyani sübutdur. Nəzarətində saxladığı HƏMAS, "Hizbullah" vasitəsilə prosesləri gərginləşdirir.

Bu gün Azərbaycan bütün parametrlər üzrə dünyanın nüfuzlu dövləti, regionun lider ölkəsi kimi qəbul edilir. Aparılan uğurlu siyasətin nəticəsidir ki, bölgədə heç bir iri layihə ölkəmizin iştirakı olmadan həyata keçirilmir. Ölkənin yalnız bir problemi var idi və o da həllini tapdı. 2020-ci ildə İkinci Qarabağ müharibəsi, 2023-cü ilin sentyabrında Qarabağda antiterror tədbirləri ilə separatizmə son qoyuldu. Bununla da, Azərbaycan postsovet məkanında ərazi bütövlüyünü və suverenliyini təmin edən ilk dövlət oldu.

Bütün bunlar isə Prezident İlham Əliyevin onsuz da yüksək olan nüfuzunun daha da güclənməsinə səbəb oldu. Azərbaycan bütün bunlardan sonra ümid edirdi ki, beynəlxalq dəstək olmadan, təkbaşına ərazi bütövlüyü və suverenliyini bərpa etməsi dəstək və təşəkkürlə qarşılanacaq. Lakin əksi oldu.

Ölkəmiz beynəlxalq təpki ilə üzləşdi. Fransa başda olmaqla, erməni lobbisinin təsiri altında olan qüvvələr, beynəlxalq təşkilatlar Azərbaycanı hədəfə alan bəyanat, qətnamə layihələri ilə çıxış etdilər.

Otuz il Azərbaycan torpaqlarının işğal altında qalmasına, milyona yaxın soydaşımızın qaçqın vəziyyətinə düşməsinə göz yumanlarda qəfildən separatçı sevgisi baş qaldırdı. Qərb səlibçi düşüncə tərzi, həm də geosiyasi səbəblərdən Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyətini həzm edə bilmir. İşğala son qoyulması Qərbin Azərbaycanın daxili və xarici siyasi vəziyyətinə təsir etmək imkanlarını da minimuma endirdi.

BMT-nin ən ali iqlim tədbiri - COP29 zamanı da Qərbin Azərbaycana qarşı hibrid müharibəsi göstərdi ki, ölkəmizdə “beşinci kolon”un formalaşması üçün maliyyə vəsaiti ayırmağı davam etdirməyə hazırdırlar.

Yeni media resurslarının yaradılması və Azərbaycan ictimaiyyətinə təsir göstərmək üçün xüsusi yaradılmış mövcud resursların gücləndirilməsi yolu ilə bu, özünü qabarıq göstərdi. Qərb Azərbaycan vətəndaş cəmiyyəti mühitində öz təsir agentlərini saxlamaq üçün səylərini davam etdirir.

Qərb müxtəlif adlar altında, məsələn, UNDP, UNICEF, UNFPA, UNHCR vasitəsilə öz dəyərlərini yaymağa çalışır. Üstəlik, Azərbaycanda fəaliyyət göstərən təşkilatların layihələrinin maliyyələşdirilməsində donor qismində yenə də Aİ və ABŞ hökumətləri və həmin USAID çıxış edir.

Qərb ölkələri Azərbaycan dövlətini faktiki olaraq aldadaraq, özünün alt qurumlarından Azərbaycan cəmiyyətinə təsir göstərmək üçün istifadə etməyə çalışırlar.

Qərbin Azərbaycana qarşı hibrid müharibəsinin daha bir elementi Qərbdə məskunlaşmış "blogerlər" vasitəsilə aparılan dezinformasiya kampaniyalarıdır. Onların fəaliyyətinin mahiyyəti yoxlanılmamış, yalan və ya manipulyativ məlumatların yayılması, həmçinin arzuolunmaz şəxslərə qarşı təhqirlərdir.

Yəni, Qərbin nəzarətində olan informasiya resursları Azərbaycan xalqının Qarabağdakı qələbəsinin əhəmiyyətini azaltmağa, tarixi qələbəni sosial problemlər kontekstində gözdən salmağa, xüsusilə də regionlarda sosial narazılıq ocaqlarını qızışdırmağa çalışırlar.

Bütün bunlar Qərbin Ermənistanı siyasi, iqtisadi və hərbi cəhətdən fəal şəkildə dəstəklədiyi, onu pul və silahla təmin etdiyi və revanşizmi stimullaşdırdığı bir şəraitdə baş verir. Son məqsəd də Ermənistanı maksimum gücləndirmək və paralel olaraq Azərbaycanı zəiflətmək, bununla da Ermənistanın "Qarabağ revanşı" və Qarabağın təkrar işğalı üçün şərait yaratmaqdır.

Elə bir dövrdəyik ki, qlobal dünya ciddi çağırışlar, təlatümlü hadisələrlə üz-üzədir. Yaxın Şərq, Şərqi Avropada müharibələr, hərbi əməliyyatlar yaşanır. Ölkələr qanlı müharibələrə cəlb edilir. Eyni zamanda müstəqil, suveren siyasət yeridən dövlətlər hədəfə alınır. Qərb Rusiya ilə qarşıdurma fonunda keçmiş sovet respublikalarında mövcud status-kvonu dəyişməyə çalışır, “rəngli inqilab”lar, yeni-yeni müharibələr törədir, vəziyyətin gərginləşməsinə çalışır.

Gürcüstanda son vaxtlar baş verən hadisələr buna bariz nümunədir. Neçə gündür qonşu ölkədə vəziyyəti gərginləşdirmək istiqamətində addımlar atılır, kənar qüvvələr ölkəyə nəzarəti ələ almağa çalışır. Müstəqil xarici siyasət yeritməyə çalışan, öz suverenliyini, milli mədəniyyətini və kimliyini qorumağa çalışan Gürcüstan Qərb tərəfindən sanksiyalara və hibrid müharibəyə məruz qalmaqdadır. Hakim "Gürcü Arzusu" Partiyasının 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlük danışıqlarını dayandırmaq qərarı Avropada sərt qarşılandı.

Bəziləri üçün bu, Avropa inteqrasiyası ideallarına xəyanət, digərləri üçün isə milli suverenliyi təsdiqləmək cəhdi oldu. Birincilər də Qərbdən aldığı tapşırıq və tezislərə uyğun hərəkət etməyə üstünlük verdilər və neçə gündür ki, Tbilisidə etirazlar təşkil edirlər.

Göründüyü kimi, özünü demokratiyanın carçısı hesab edən Qərb gürcü xalqının seçiminə hörmətsizlik edir. Müxalifəti maliyyələşdirərək onların əli ilə ölkədə qarşıdurma yaradır. Baş verənlər getdikcə Ukrayna Maydanını xatırlatmağa başlayır. Sanki bu ölkədə törətdikləri ilə gürcülərə demək istəyirlər ki, “sən heç bir vaxt müstəqil daxili və xarici siyasət yeridə bilməzsən, ancaq bizim istəyimizə uyğun addım atmalısan”.

Maraqlıdır ki, Qərb mediası da Gürcüstandakı hadisələri qabardaraq ölkənin inqilabın astanasında olduğunu bildirir. ABŞ və Avropa İttifaqı (Aİ) müxtəlif yollar və vasitələrlə Gürcüstana təzyiq göstərməyə çalışırlar. Bu ölkədə təşkil olunan aksiyaların yeganə hədəfi ölkəni növbəti "rəngli inqilab"a sürükləməkdir. Məqsədinə çatmaq üçün Qərb dəridən-qabıqdan çıxır. Əminliklə demək olar ki,

Gürcüstanda baş verənlər Qərb və onun strukturlarının iç üzünü açıb ortalığa qoyur. Məlum olur ki, başqalarına demokratiya öyrətmək istəyən Qərbin özünün demokratiyaya, söz azadlığına ehtiyacı var. Seçkilərdə öz seçimini etmiş, hakim "Gürcü Arzusu"na səs vermiş gürcü xalqına qarşı bu cür addım atmaq riyakarlıqdan başqa bir şey deyil.

Qərbin Gürcüstanla bağlı hədəfi nədir? İlk növbədə Baltikyanı dövlətlərdə olduğu kimi, buranı da tam nəzarətə almağa çalışılır. Bu ölkələrin üçü də birmənalı şəkildə Qərbdən aldıqları əmr və tapşırıqlara uyğun hərəkət edilir. Avropa qurumlarında beynəlxalq təşkilatlarında çıxarılan bütün qərarlarda müstəqil qərar qəbul etməkdən də məhrum ediliblər. Avropa da məhz belə bir Gürcüstan istəyir. Ukraynanı da bu prosesə cəlb edib. Ölkənin avantüralara cəlb edib, müharibəyə cəlb etdi və nəticə də, göz önündədir. Milyonlarla qaçqın, ərazi itkisi, yüz minlərlə insanın ölümü.

Azərbaycan xalqı dünyada baş verən prosesləri diqqətlə izləməlidir, çünki indi biz Üçüncü Dünya Müharibəsi dövrünə daxil oluruq. Nüvə silahının tətbiqi artıq az ehtimal olunan ssenari deyil. Növbəti 5 ildə bir sıra ölkələr dünya xəritəsindən silinəcək. Artıq Yəmən, Suriya, Livan, Liviya kimi dövlətlərin faktiki olaraq dünya xəritəsindən silindiyini görürük. Oxşar tale ən ağır vəziyyətdə olan və genofondunun bərpaolunmaz itkilərə məruz qaldığı Ukraynada da yaşanır. Qonşu Gürcüstanda da baş verən hadisələr bizim regionun dövlətlərinin belə üzləşə biləcəyi riskləri göstərir. Buna görə də Azərbaycan xalqı sayıq olmalı, birlik nümayiş etdirməli və cəmiyyəti daxilində özünə müttəfiqlər tapmağa çalışan xarici qüvvələrin dağıdıcı fəaliyyəti nəticəsində tarixi qələbələrinin məhv edilməsinə yol verməməlidir.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://report.az
archiveBu xəbər 04 Dekabr 2024 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see184

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see137

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see129

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see127

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see127

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see125

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see124

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see123

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see122

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see122

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see119

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see119

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see118

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see118

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see118

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see114

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

15 Aprel 2025 19:33see114

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see112

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

15 Aprel 2025 19:37see111

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

15 Aprel 2025 22:10see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri