Qərb və onun müttəfiqləri, Ukrayna dövlətini silahlandırmaq əvəzinə borclandırmağa davam edir
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Pərviz Heydərov danışıb. İqtisadçı bildirib ki, ABŞ başda olmaqla, NATO ölkələrinə maraqlı olan məsələ Ukraynanı insansız silahla təmin etməklə, Rusiyaya qarşı müharibədə davamiyyətinin təmin etməkdir.
 Pərviz Heydərov
 Pərviz Heydərov
“Ukrayna iqtisadiyyatının, dövlət borcunun, onun gələcək firavanlığı ikinci dərəcəli, arxa planda olan bir məsələ sayılır və sayılmaqda davam edir. Ukrayna dövlətinin iqtisadiyyatının gələcəyi açıq-aşkar Avropa ölkələri üçün, NATO üçün elə də maraqlı deyil. Əgər maraqlı olsaydı, onlar Ukraynanın dövlət borcunun belə bir həddə gəlib çatmasına imkan yaratmazdılar. Müharibə dayandıqdan sonra Ukraynanın gələcək vəziyyətinə, onun xarici borclarına, gəldikdə, bu da Qərb ölkələrinin Rusiya-Ukrayna ilə bağlı anlaşmasıdır.
Qərb ölkələri Rusiya ilə hansı lazımı razılığa gələcəklərsə, Ukraynanı ona uyğun böləcəklər və yaxud Ukraynanın bu günə qədər mövcud olan sərhədləri çərçivəsində saxlayacaqlar. Ukrayna ilə bağlı hər hansı bir ortaq məxrəcə gələcəklərsə, o zaman Ukraynanın gələcək iqtisadi vəziyyəti və onun dövlət borcu necə ödəniləcəyi, hansı formada kompensasiya olacağı müəyyən ediləcək. Bütün bu proses baş verəcək hadisələrdən sonra həllini tapacaq”-deyə Pərviz Heydərov qeyd edib.
İradə Cəlil, Bizimyol.info
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:122
Baxış sayı:122 Bu xəbər 07 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 07 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















