Icma.az
close
up
RU
“Qərbdə narahatlıq: Tramp Ukraynanı dəhşətli seçim qarşısında qoyub“ “The Wall Street Journal“

“Qərbdə narahatlıq: Tramp Ukraynanı dəhşətli seçim qarşısında qoyub“ “The Wall Street Journal“

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Ukrayna təkbaşına qərar verməyə məcburdur, ABŞ və Rusiya maraqları ön plandadır..."

ABŞ prezidenti Donald Trampın Ukraynaya təqdim etdiyi 28 maddəlik "sülh planı" ətrafında ciddi gərginlik yaranıb.

Moderator.az xəbər verir ki, bu barədə  "The Wall Street Journal" nəşri yazıb.

Kompromis, yoxsa müharibənin davamı?

Nəşr yazır ki, təklif olunan mexanizm əslində "sülh" deyil, Ukraynanı faktiki kapitulyasiyaya sürükləyən ultimatumdur. Qeyd olunur ki, son 3 il ərzində Qərbin Ukraynaya təklif etdiyi bütün "sülh modelləri" eyni məntiqi daşıyır: Moskvanın maraqlarına uyğun geri çəkilmə. Son təqdim olunan plan isə buna daha açıq formada yaxınlaşır. Zelenski də bunu gizlətmir və bildirir ki, ölkə hazırda "tarixinin ən çətin qərarlarından biri ilə üz-üzədir - ya ləyaqəti qorumaq, ya da əsas strateji tərəfdaşı itirmək".

Planın əsas maddələri arasında Donbas və Luqanskdakı ərazilərin Rusiyaya verilməsi, Ukraynanın NATO-dan imtinası, ordunun məhdudlaşdırılması və Rusiyaya qarşı sanksiyaların ləğvi kimi bəndlərin olduğu iddia edilir. Hətta sənəddə Rusiyanın yenidən G7-yə qaytarılması da yer alıb, bu isə təşkilatı yenidən G8 formatına aparır.

Xəbərdarlıq, təzyiq və gizli danışıqlar

"The Guardian" nəşri yazır ki, ABŞ rəsmiləri Kiyevə açıq mesaj veriblər: təqdim olunan plana razılıq olmazsa, daha sərt və daha əlverişsiz şərtlər masaya qoyula bilər. Danışıqları aparan ABŞ nümayəndəsi Dan Driskollun Kiyevdə NATO səfirləri ilə keçirdiyi görüş "çox gərgin" olub və iştirakçıların sözlərinə görə, söhbət "sizdə kart yoxdur, elə isə qəbul edin" tonunda davam edib.

Bununla yanaşı, Tramp özü sənədin hələ son variant olmadığını bildirərək deyib: "Biz müharibəni bitirmək istəyirik, bu və ya digər yolla, amma bu, sona çatmalıdır". Jurnalistlər soruşanda ki, əgər Zelenski imtina etsə nə olacaq, Tramp cavab verib: "O zaman döyüşməyə davam edəcək". Bəzi respublikaçılar isə bu prosesə fərqli yanaşır. Senator Lindsi Qrem hesab edir ki, Tramp hər iki tərəfə təzyiq göstərəcək, lakin nəticədə Ukraynanın suverenliyinin təmin olunacağına inanır.

Razılaşma, yoxsa presedent?

Avropa paytaxtları planı ehtiyatla qarşılayır. Diplomatik mənbələr deyirlər ki, əsas qorxu təhlükəli presedentdir: əgər böyük bir nüvə dövləti müharibə yolu ilə ərazi qoparmağı bacarırsa, bu model gələcəkdə başqa münaqişələri də alovlandıra bilər.

Müşahidəçilərin fikrincə, məsələ təkcə Ukraynanın taleyi deyil, bu, yeni dünya nizamının hansı qaydalar üzərində qurulacağına dair mübarizədir. Görünən odur ki, qarşıdakı günlərdə plan daha da təfərrüatlandırılacaq və tərəflərin mövqeləri daha açıq formalaşacaq. Lakin bir fakt dəyişməz qalır: bu müzakirələr artıq sülh haqqında deyil, hansı dəyərə başa gələcək sülh haqqında aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Noyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri