Icma.az
close
up
RU
“Putinin məqsədi Ukraynanı yenidən Moskvanın orbitinə qaytarmaqdır“ “The Wall Street Journal“

“Putinin məqsədi Ukraynanı yenidən Moskvanın orbitinə qaytarmaqdır“ “The Wall Street Journal“

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Tramp Ukraynanın mövcud vəziyyətinin ABŞ-ın siyasətinə mane olmasına qoymayacaq..."

ABŞ-ın irəli sürdüyü "sülh planı" ətrafında diplomatiya yeni mərhələyə keçir.

Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Planın mahiyyəti Ukraynanın NATO perspektivini məhdudlaşdırmaq, Donbasın nəzarətdən çıxmasını qəbul etdirmək və ordunun, HHQ-nin gücünə məhdudiyyətlər qoymaqdır. Ekspertlər xəbərdarlıq edir: bu sənəd yalnız müvəqqəti pauza yarada və yeni qarşıdurmanın zəmininə çevrilə bilər.

Moskvanın tələbi daha genişdir

Nəşr yazır ki, Putinin reaksiyası Kreml üçün təkcə Donbasın yetərli olmadığını göstərir. O, döyüşlərin yalnız "Ukrayna işğal olunmuş bütün ərazilərdən çıxacağı halda" bitəcəyini bildirib. Bu isə Ukraynanın suverenliyini məhdudlaşdıran daha geniş siyasi dəyişikliklərin tələb olunduğunu göstərir.

Ekspertlərə görə, Putinin məqsədi Ukraynanı NATO-dan uzaqlaşdırmaq və uzunmüddətli perspektivdə Moskvanın təsir zonasına qaytarmaqdır. Rusiyalı iqtisadçı Konstantin Sonin bunu belə ifadə edir: "Bu müharibə Rusiyanın yaratmaq istədiyi yeni nizamın tərkib hissəsidir".

"Ukrayna çətin seçim qarşısındadır"

"Financial Times" nəşri yazır ki, Kiyev siyasi və hərbi olaraq çıxılmaz vəziyyətdədir: planı qəbul etmək strateji məğlubiyyət, rədd etmək isə daha uzun və ağır müharibə deməkdir. Rusiya resurs üstünlüyü qazandıqca 2026-cı ilə doğru daha genişmiqyaslı hücumların mümkünlüyü artır və bu halda danışıqlar masasında şərtlər daha da pisləşə bilər. Ekspertlər deyir: zəif mövqedən bağlanan sülh sazişi etibarlı deyil və əgər Qərb real təhlükəsizlik təminatı verməsə, Rusiya uyğun anda yenidən hücuma keçə bilər.

Ukrayna nümayəndələri ABŞ-da

"Bloomberg" nəşri yazır ki, Ukraynanın yüksək səviyyəli nümayəndə heyəti artıq ABŞ-dadır və Trampın emissarları Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparacaq. Ehtimal olunur ki, prosesə Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov başçılıq edəcək. Bu, Kiyevin ilk dəfə yeni administrasiya ilə rəsmi şəkildə planı müzakirə etməsidir.

Jurnalist Oliver Kerrol qeyd edir: "Danışıqlar artıq başlayıb və Tramp Ukraynanın mövcud vəziyyətinin ABŞ siyasətini ləngitməsinə imkan verməyəcək”. Müharibə diplomatik mərhələyə daxil olub, lakin nəticə hələ aydın deyil. Analitiklər bildirir: Ukraynanın qarşısında iki yol var - indi kompromisə getmək və ya müharibəni davam etdirib eyni kompromisi daha ağır şərtlərlə qəbul etmək. Qərbin güclü zəmanəti olmadan hər iki variant risklidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Noyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri