Icma.az
close
up
RU
Qərbə qarşı sipər: Moskva ilə Pekin arasında tam anlaşma mühiti yaranıb

Qərbə qarşı sipər: Moskva ilə Pekin arasında tam anlaşma mühiti yaranıb

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya xarici işlər naziri Sergey Lavrov və Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiya lideri Vladimir Putinin Çinə səfərinə hazırlığı müzakirə ediblər.

Bu barədə Rusiya XİN-in məlumatında deyilir.

Lavrov Çin liderinə Rusiya Prezidenti Vladimir Putinin salamlarını çatdırıb.

Rusiya dövlət başçısının ŞƏT sammitində və militarist Yaponiya üzərində Qələbənin 80 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Çin Xalq Respublikasına səfərinin hazırlığı da daxil olmaqla, yüksək səviyyədə ikitərəfli siyasi təmasların bir sıra məsələləri müzakirə edilib.

ÇXR sədri Rusiya liderinin Çinə gələcək səfərindən məmnunluğunu bildirib.

Si Cinpin ikitərəfli münasibətlərin vəziyyətini yüksək qiymətləndirib və Rusiya ilə hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyətin daha da artırılmasına diqqət yönəltdiyini təsdiqləyib.

“Rusiya tərəfindən beynəlxalq və regional gündəliyin ayrıca aktual mövzularına da toxunulub”, - Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.


Politoloq Tofiq Abbasov Sherg.az-a deyib ki, iki tərəfin – yəni Rusiya və Çinin münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir:


"Hazırda isə dünyada ən turbulent, ən gərgin vəziyyət yaşanır: Ukrayna-Rusiya müharibəsi davam edir, Yaxın Şərqdə ciddi gərginliklər mövcuddur, İran və İsrail arasında çəkişmələr yaşanır. Bu kimi hadisələr bütün əsas güc sahiblərini, güc mərkəzlərini aktiv fəaliyyət göstərməyə vadar edir. Bu baxımdan Moskva ilə Pekin arasında tam anlaşma mühiti yaranıb.

Birincisi, Çin Xalq Respublikası Rusiyaya qarşı tətbiq edilən sanksiyaların təsirini azaltmaq məqsədilə Moskvaya dəstək verir. Digər tərəfdən isə bu əməkdaşlıq daha dərin strateji məsələləri əhatə edir. Məsələn, Sakit okean bölgəsindəki vəziyyətə görə ABŞ həmin regionda daha çox fəallaşmağa çalışır. Vaşinqton artıq bəyan edib ki, Orta Şərqdən tədricən geri çəkilir və əsas diqqətini Sakit okean regionuna yönəldəcək. Bu isə dolayısı ilə Çin əleyhinə strategiyanın göstəricisidir.

Buna cavab olaraq Moskva və Pekin özlərinə məxsus “sipər” qurur – yəni əgər yeni dünya nizamının formalaşması müzakirə mövzusudursa, demək ki, təsir dairələri yenidən müəyyənləşdirilir. Həmçinin beynəlxalq müttəfiqlər daha çevik şəkildə müəyyən edilir. Moskva və Pekin anlayır ki, bu dəyişən reallıq fonunda onlar eyni cəbhədə olmalıdırlar".


Analitikin sözlərinə görə, Qərb artıq "kollektiv Qərb" anlayışı ilə tam uyğun gəlmir:

"ABŞ-nin Tramp dövründən sonra Avropa ilə münasibətlərində müəyyən fikir ayrılıqları yaranıb. Lakin bütün bunlara baxmayaraq, Brüssel, Vaşinqton və London hələ də strateji baxımdan vahid mövqe nümayiş etdirməyə çalışırlar. Ola bilər ki, bu birlikdə müvəqqəti fikir ayrılıqları və ziddiyyətlər yaşanır, lakin ümumi strateji baxışda onlar birlikdə hərəkət edirlər. Biz bu kollektiv Qərbin fəaliyyətini hətta Cənubi Qafqazda – Azərbaycan-Ermənistan münasibətləri kontekstində də müşahidə edirik. Bu səbəbdən də əsas məsələ ondan ibarətdir ki, bir tərəfdən Moskva ilə Pekin arasında münasibətlər aydın və qarşılıqlı anlaşma üzərində qurulur. Digər tərəfdən isə Rusiya müharibə şəraitində olduğu üçün ciddi resurs çatışmazlığı ilə üzləşir və bu kontekstdə Çin ona əməli yardım göstərir. Əlavə olaraq, Rusiya bazarları Çin üçün açıqdır".


Tofiq Abbasov dəhlizlərlə bağlı məsələlərə gəlincə, qeyd edib ki, şimal dəhlizi faktiki olaraq bağlandığı üçün Çin artıq ona əvvəlki qədər maraq göstərmir:

"Lakin Rusiya ərazisindən hələ də istifadə edilir. Orta dəhliz – xüsusilə Zəngəzur məsələsi artıq gündəmdədir. Bu məsələnin diqqət mərkəzində qalması vacibdir. Çünki ABŞ artıq burada fəallaşıb və bildirilir ki, Zəngəzur dəhlizinin 100 illik icarəyə götürülməsi məsələsi gündəmdədir. Bu isə Rusiya üçün ciddi təzyiq, sıxışdırılma deməkdir və onu regiondakı proseslərdən kənarda qoymaq məqsədi daşıyır.

Ola bilər ki, Rusiya bu reallıqla barışmalı olacaq. Əsas odur ki, Azərbaycan və Ermənistan arasında konsensus əldə edilsin. Əgər bu baş verərsə, Rusiya tərəfdən əlavə iddialar irəli sürülməyə bilər. Digər tərəfdən, əgər uzaqda yerləşən ABŞ regionda fəallaşırsa, bu Rusiya üçün özünəməxsus təhdid kimi qiymətləndiriləcək. Belə olan halda, Rusiya əvvəlcədən tədbir görməyə çalışacaq ki, ABŞ-ın hücum mövqeyinin qarşısını alsın və bu istiqamətdə – regional və qlobal proseslərdə öz rolunu daha da artırsın. Bu çərçivədə Şimali Koreya məsələsinin də müzakirəyə çıxarılması istisna deyil. Çünki Şimali Koreya artıq Rusiyaya müəyyən dərəcədə dəstək verir: silah-sursat, canlı qüvvə və s. baxımından. Bu proseslərin hər birində Çin və Rusiya maraqlıdırlar ki, bir cəbhədə olsunlar. Üstəlik, Qərbdən gələn təzyiqlər və mümkün təhdidlər qarşısında həm müqavimət göstərə, koordinasiyalı bir siyasət yürüdə bilsinlər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 İyul 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see286

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see182

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see166

İlk etimadsızlıq səsverməsi Lekornyu üçün uğurlu oldu

16 Oktyabr 2025 14:42see165

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see150

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see146

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see138

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see138

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see135

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see134

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see133

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see131

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see130

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see130

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see127

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see125

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see124

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see124

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri