Icma.az
close
up
RU
Bakıda Malayziya Qastronomiya Həftəsinin açılışı olub

Bakıda Malayziya Qastronomiya Həftəsinin açılışı olub

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda Malayziya Qastronomiya Həftəsinin açılış mərasimi keçirilib.

525.az xəbər verir ki, Malayziyanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi tədbirin əsas məqsədi bu ölkənin mətbəxini Azərbaycanda tanıtmaqdır.

Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza açılış nitqində bildirib ki, Malayziya Qastronomiya Həftəsi ölkəsinin müxtəlif və rəngarəng kulinariya irsini göstərən bir tədbirdir.

Diplomat deyib ki, Malayziyanın qədim ticarət mərləzi kimi zəngin tarixi müxtəlif xalqları bir araya gətirərək, bu gün “Malayziya mətbəxi” kimi tanınan unikal kulinariya ənənələrinin birləşməsini yaradıb:

“Bu irs təkcə çoxmədəniyyətli cəmiyyətimizin harmoniyasını deyil, həm də nəsillərin hekayələrini və bölgə xüsusiyyətlərini əks etdirir. Küçə yeməklərindən tutmuş restoranlara qədər Malayziya mətbəxi ətirli ədviyyatların, güclü dadların və zəngin teksturaların ahəngidir və hər bir yemək özünəməxsus cazibəyə malikdir. CASA restoranının istedadlı aşpazları bu mahiyyəti gözəl şəkildə əks etdirən xüsusi menyu hazırlayıblar. Burada milli mətbəximizin ən gözəl nümunələri təqdim olunacaq. Hər bir yemək Malayziya mətbəxinin ədviyyat və ləzzətlərin balanslı istifadəsini nümayiş etdirir".

Səfir vurğulayıb ki, bu axşamın qeyd edilməsi həm də mühüm bir mərhələni vurğulayır. 

“Çünki biz artıq böyük həyəcanla "2026-cı ildə Malayziyanı ziyarət et: Malayziya həqiqi Asiyadır" kampaniyasına hazırlaşırıq. Bu təşəbbüs Malayziyanın bütün gözəlliklərini və mədəni müxtəlifliyini dünyaya təqdim etməyi hədəfləyir. Biz Azərbaycandan gələn ziyarətçiləri  gözəl adalarımızı, sıx tropik meşələrimizi, canlı şəhərlərimizi, zəngin mədəni festivallarımızı və əlbəttə, dünya səviyyəli mətbəximizi dadmağa dəvət edirik. Azərbaycan vətəndaşlarından 30 günə qədər turizm səfərləri üçün viza tələb olunmur, bu, əngəlsiz səyahət imkanı verir. Hətta gəliş zamanı rahatlıqla viza almaq mümkündür ki, bu da Malayziyanı azərbaycanlı qonaqlar üçün daha da əlçatan və cəlbedici bir məkana çevirir. Sizin dəstəyiniz Malayziya ilə Azərbaycan arasında dostluq körpüsünü daha da möhkəmləndirir".

Səfir bildirib ki, “2026-cı ildə Malayziyanı ziyarət et” turizm kampaniyasından daha artığını əks etdirir. Bu, hər səfərin orijinal Malayziya təcrübəsini kəşf etmək deməkdir. Malayziya hərarət, macəra və unudulmaz anlar təqdim edir. 

Daha sonra “2026-cı ildə Malayziyanı ziyarət et” kampaniyası ilə bağlı video rolik təqdim olunub. Ardınca iştirakçılara Malayziya mətbəxinin milli yeməkləri təqdim olunub.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Oktyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri