Icma.az
close
up
RU
Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir AZƏRTAC

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 yanvar, AZƏRTAC

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi

Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilib.

AZƏRTAC mövzu ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetinin  əslən Qərbi Azərbaycandan olan magistrantı Tacir İsmayılzadə ilə müsahibəni təqdim edir.

  AZƏRTAC mövzu ilə bağlı əslən Qərbi Azərbaycandan olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistrantı Tacir İsmayılzadə ilə müsahibəni təqdim edir.

- Özünüzü bizə tanıda bilərsinizmi? Qərbi Azərbaycanla sizi nə bağlayır?

-Mən Qərbi Azərbaycanın bir parçasıyam. Qərbi Azərbaycanın Göyçə mahalından, doğma Basarkeçər rayonunun Kəsəmən kəndindənəm. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistrantıyam. Təhsil aldığım dövrdə ictimai işlərə böyük marağım olub. 2022-ci ildə tələbələrin səsverməsi ilə universitetimizin Tələbə Gənclər Təşkilatının sədri seçildim. Həm də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) koordinatoram. 2023-cü ilin may ayında Kəsəmən Kənd Gənclər Birliyinin sədri seçilərək ictimai məsuliyyətimi daha geniş çərçivəyə çıxardım. Bu, mənim üçün həm yeni, həm də qürurlu mərhələ oldu.

-Qərbi Azərbaycanla bağlı hansı layihələri reallaşdırmısınız?

-Qərbi Azərbaycan İcması yarandığı ilk vaxtlardan, 2022-ci ilin avqust ayından Gənclər Birliyinin üzvü oldum. O vaxtdan Qərbi Azərbaycanın hər rayonu və kəndi gənclərə özəl dərəcədə bir bağlılıq hiss etdirdi. Ötən ilin aprelində “Qərbi Azərbaycanın iş imkanları və potensialı" adlı konfransın təşkilatçılarından biri oldum. Bu töhfəmiz Qərbi Azərbaycanı tanıtmaqda yeni addımları əhatə etdi. Həmçinin Batabat yaylağında keçirilən festival-konqres yaddaqalan oldu. Çadırlarda Qərbi Azərbaycanın mədəniyyətini, milli mətbəxini, tarixi abidələrini canlandırdıq. Festivalda bizim gənclər intellektual oyunların qalibləri olaraq mükafatlandırıldı. Çox fəxr edirik ki, bütün bu təşəbbüslərdə azad rəqabət var idi. Bu istiqamətdə fəaliyyətə başlayanda ilk addımım gəncləri bir yerə toplamaq oldu. Kəsəmənli gənclərdən ibarət 50-yə yaxın aktiv qrup yaradıldı. Xaricdə təhsil alan Kəsəmən gəncləri ilə əlaqələrimizi möhkəmləndirdik. Bu da beynəlxalq əlaqələr baxımından vacib idi.

Qısa zamanda şəbəkələşə bildik. Bir layihəmizi də vurğulamaq istəyirəm. Qərbi Azərbaycandan olan gənclərimiz üçün karyera qrupu yaratmışıq. Sosial şəbəkə üzərindən yaradılan bu qrupun məqsədi gənclərimizin karyera pillələrində uğurla irəliləməsi üçün bir-birilərinə kömək olmalarını təmin etməkdir. Məsələn, bir gəncimiz öz CV-ni qrupa atır, başqası onu çalışdığı şirkətin rəhbərliyinə təqdim edir.

-Gələcək planlarınız hansılardır?

- Xüsusi qeyd edim ki, Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir. Rayonumuzun ziyalılarının gənclərlə ünsiyyətini qurmaq da hədəfimizdir. Yaxın vaxtlarda həftəsonu düşərgəsini gerçəkləşdirməyi planlaşdırırıq.

Bundan başqa, Qərbi Azərbaycan gəncləri arasında mədəniyyət və idman sahələrində təşəbbüslər irəli sürmək istəyirik. Düşünürəm ki, bu fəaliyyətlər Qərbi Azərbaycan gənclərinin birliyini daha da möhkəmləndirəcək, tarixi torpaqlarımıza qayıtmağımıza kömək olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri