Icma.az
close
up
RU
Qərbi Azərbaycan: Tarixin izi ilə layihəsi çərçivəsində məlumatlandırıcı sessiya keçirilib

Qərbi Azərbaycan: Tarixin izi ilə layihəsi çərçivəsində məlumatlandırıcı sessiya keçirilib

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Qərbi Azərbaycan İcması (QAİ), Bakı Dövlət Universiteti (BDU) və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycan: Tarixin izi ilə" layihəsi çərçivəsində Bakı Dövlət Universitetində məlumatlandırıcı sessiya keçirilib.

Oxu.Az xəbər verir ki, görüş iştirakçılarını salamlayan Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev belə tədbirlərin gənclərdə vətənpərvərlik hisslərinin möhkəmlənməsində və milli tarixə marağın artırılmasında vacib rol oynadığını vurğulayıb.

Layihənin rəhbəri, "Regional İnkişaf" İctimai Birliyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı və Hərbi Qənimətlər Parkının meneceri Orucəli Abbaszadə çıxışında Qərbi Azərbaycandan olan soydaşlarımızın tarixi torpaqlarından zorla köçürülməsinin xalqımızın yaddaşında dərin izlər buraxdığını, bu kimi layihələrin gənclərə həmin hadisələrin mahiyyətini çatdırmaq və tarixi ədalətin bərpası istiqamətində ictimai şüurun formalaşmasına xidmət etdiyini bildirib.

Milli Məclisin Gənclər və idman komitəsinin və QAİ-nin Gənclər Şurasının sədri Şahin İsmayılov gənclərin tarixi yaddaşın qorunması, Qayıdış Konsepsiyasının təbliği və Qərbi Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması istiqamətində üzərilərinə düşən vəzifələrdən bəhs edib.

QAİ İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-təşkilati şöbəsinin müdiri, professor və filologiya elmləri doktoru İbrahim Bayramov Qərbi Azərbaycana Qayıdış Konsepsiyası barədə ətraflı məlumat verərək mövzunun aktuallığını, tarixi və sosial əhəmiyyətini iştirakçılara çatdırıb.

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Aydın Məmmədov tədbirdə Qərbi Azərbaycanın tarixi və etnoqrafiyası haqqında ətraflı məlumat verib.

Daha sonra QAİ əməkdaşı İlahə Cəfərova icma ilə bağlı hazırlanmış təqdimatı nümayiş etdirib.

Sual-cavab formatında işini davam etdirən görüşdə iştirakçılar Qərbi Azərbaycanla bağlı tarixi faktlar, hüquqi məsələlər, gələcək planlar barədə müzakirələr aparıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri