“Qərbi Azərbaycan: Unudulmaz izlər” layihəsi Qarsda təqdim olunacaq
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı layihənin icrasına başlayır.
QHT.az xəbər verir ki, bu barədə ictimai birliyin sədri Ramil Əliyev məlumat verib. Təşkilat sədir qeyd edib ki, layihə çərçivəsində tədbirlər Türkiyə Respublikasının Qars bölgəsində həyata keçiriləcək. Layihənin məqsədi Qərbi Azərbaycanın zəngin mədəni irsini, tarixi yaddaşını və kulinariya ənənələrini tanıtmaq, bu dəyərləri beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Bu məqsədlə Qarsda 1 günlük forumun təşkili nəzərdə tutulub. Forum zamanı təqdimatlar, foto və video sərgilər, eləcə də mədəniyyət və kulinariya nümunələrinin nümayişi planlaşdırılır. Qafqaz Qars Universitetində 14 may tarixində baş tutacaq forumda "Qərbi Azərbaycan: Unudulmaz izlər" layihəsi çərçivəsində tarixi abidələr, mətbəximizin, ziyalılarımız barədə məlumatlandırıcı panel təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 12 May 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















