Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Anam su içəndə də deyirdi ki, yox, İrəvanın suyu tam başqadır

Qərbi Azərbaycan Xronikası: Anam su içəndə də deyirdi ki, yox, İrəvanın suyu tam başqadır

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

Oxu.Az xəbər verir ki, "Nənəmin və babamın ürəyində həmişə İrəvan kimi ağrı olub" adlı veriliş əslən İrəvan şəhərindən olan Qərbi azərbaycanlı Fəridə Səfiyevanın həyat hekayəsinə həsr olunub.

O, Bakıda dünyaya göz açsa da, ailəsinin irəvanəsilli olduğunu deyib: "Anamgilin böyük bağları olub və uzun müddət şəhərin lap mərkəzində, indi İrəvanın baş meydanı tərəfdə evləri var idi. Sonradan atası Gedərçayın ətrafında olan Azərbaycan məhəllələrində böyük bir imarət tikdirib və onlar orada məskunlaşıblar. Həmişə anamın, nənəmin, babamın ürəyində İrəvan həsrəti, ağrısı olub. Uşaqlıqdan yadımdadır, anam su içəndə də deyirdi ki, yox, İrəvanın suyu tam başqadır. Meyvə yeyəndə deyirdilər, yox, İrəvanın meyvəsi tam başqadır. Mən orta məktəbdə oxuyanda hər il İrəvana yay tətilinə gedirdim. Babam uzun müddət İrəvanda prokurorluq sistemində işləyib. Lakin ermənilər ona şər atıblar və müharibə dövründə Sibirə sürgünə göndərilib. Nənəm müharibə dövründə 5 övladını çox çətinliklə saxlayıb".

Onun sözlərinə görə, ana və dayıları Axundov adına məktəbdə, Azərbaycan mühitində oxuyublar: "Nənəm, babam o vaxt danışırdılar ki, İrəvanda erməni adında küçə yox idi. Hamısı Azərbaycan küçəsi idi. Küçələrin adı Azərbaycan adları idi. İnsanlar, ətraf tamamilə azərbaycanlılar idi. Müharibədən sonrakı dövrdə ermənilərin planlı şəkildə İrəvanda məskunlaşdırılması vəziyyəti xeyli dəyişdirdi".

İrəvanəsilli Qərbi azərbaycanlı bildirib ki, Stalinin ölümündən sonra, 1953-cü ildə babam Sibirdən sürgündən qayıdıb: "Ermənilər babama İrəvanda iş verməyiblər. Ondan sonra babam ailəsini də götürüb 1956-cı ildə Bakıya köçməyə məcbur olub. Lakin qoca nənəm 1988-ci ilədək İrəvanda yaşayırdı və şəhəri tərk etmək istəmirdi. Deportasiyaya uğrayan qohumlarımız çox idi. Onların bəziləri çox çətinliklə Şəmkir tərəfə gedib, sonradan Bakıya gəlmişdilər".

F.Səfiyeva sonda Vətən həsrətinin ağrılı olduğunu vurğulayıb: "Nənəmin həmişə xısın-xısın ağladığını görəndə başa düşürdüm ki, doğrudan da doğma yurddan ayrılmaq nə deməkdir. Vətəni görə bilməmək ağır bir dərddir. Qarabağ alınandan sonra hər bir azərbaycanlının içində Qərbi Azərbaycana dönmək istəyi yaranıb. İndi hər bir azərbaycanlının ürəyində ümid, böyük inam var ki, biz tezliklə ana, ata, baba torpaqlarımıza mütləq qayıdacağıq. Əminəm ki, ayağımı o torpağa yenə qoyacağam, Gedərçayın o gözəl şırıltısını eşidəcəyəm, o torpaqdan bir ovuc gətirib əzizlərimin qəbirləri üstünə tökəcəyəm".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qərbi Azərbaycan Xronikası: "Anam su içəndə də deyirdi ki, yox, İrəvanın suyu tam başqadır"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Yanvar 2025 00:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri