Icma.az
close
up
RU
Anam su içəndə də deyirdi ki, yox, İravanın suyu tam başqadır Qərbi Azərbaycan Xronikası Xəbər saytı Son xəbərlər və Hadisələr

Anam su içəndə də deyirdi ki, yox, İravanın suyu tam başqadır Qərbi Azərbaycan Xronikası Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

BAKU.WS xəbər verir ki, "Nənəmin və babamın ürəyində həmişə İrəvan kimi ağrı olub" adlı veriliş əslən İrəvan şəhərindən olan Qərbi azərbaycanlı Fəridə Səfiyevanın həyat hekayəsinə həsr olunub.

O, Bakıda dünyaya göz açsa da, ailəsinin İrəvan əsilli olduğunu deyib: "Anamgilin böyük bağları var idi və uzun müddət şəhərin lap mərkəzində, indi İrəvanın baş meydanı tərəfdə evləri olub. Sonradan atası Gedərçayın ətrafında olan Azərbaycan məhəllələrində böyük bir imarət tikdirib və onlar orada məskulaşıblar. Həmişə anamın, nənəmin, babamın ürəyində İrəvan həsrəti, ağrısı olub. Uşaqlıqdan yadımdadır, anam su içəndə də deyirdi ki, İravanın suyu tam başqadır. Meyvə yeyəndə deyirdilər, İravanın meyvəsi tam başqadır. Mən orta məktəbdə oxuyanda hər il İrəvana yay tətilinə gedirdim. Babam uzun müddət İrəvanda prokurorluq sistemində işləyib. Lakin ermənilər ona şər atıblar və müharibə dövründə Sibirə sürgünə göndərilib. Nənəm müharibə dövründə 5 övladını çox çətinliklə saxlayıb".

Onun sözlərinə görə, ana və dayıları Axundov adına məktəbdə, Azərbaycan mühitində oxuyublar: "Nənəm, babam o vaxt danışırdılar ki, İrəvanda erməni adında küçə yox idi. Hamısı Azərbaycan küçəsi idi. Küçələrin adı Azərbaycan adları idi. İnsanlar, ətraf tamamilə azərbaycanlılar idi. Müharibədən sonrakı dövrdə ermənilərin planlı şəkildə İrəvana məskunlaşdırılması vəziyyəti xeyli dəyişdirdi".

İrəvan əsilli Qərbi azərbaycanlı bildirib ki, Stalinin ölümündən sonra, 1953-cü ildə babası Sibirdən sürgündən qayıdıb: "Ermənilər babama İrəvanda iş verməyiblər. Ondan sonra babam ailəsini də götürüb 1956-cı ildə Bakıya köçməyə məcbur olub. Lakin qoca nənəm 1988-ci ilədək İrəvanda yaşayırdı və şəhəri tərk etmək istəmirdi. Deportasiyaya məruz qalan qohumlarımız çox idi. Onların bəziləri çox çətinliklə Şəmkir tərəfə gedib, sonradan Bakıya gəlmişdilər".

F.Səfiyeva sonda Vətən həsrətinin ağrılı olduğunu vurğulayıb: "Nənəmin həmişə xısın-xısın ağladığını görəndə başa düşürdüm ki, doğma yurddan ayrılmaq nə deməkdir. Vətəni görə bilməmək ağır dərddir. Qarabağ alınandan sonra hər bir azərbaycanlının içində Qərbi Azərbaycana dönmək istəyi yaranıb. İndi hər bir azərbaycanlının ürəyində ümid, böyük inam var ki, biz tezliklə ana, ata, baba torpaqlarımıza mütləq qayıdacağıq. Əminəm ki, ayağımı o torpağa yenə qoyacam, Gedərçayın o gözəl şırıltısını eşidəcəm, o torpaqdan bir ovuc gətirib əzizlərimin qəbirləri üstünə tökəcəm".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır…

Qalereya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 Yanvar 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri