Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Anam məni tonqala tərəf tuturmuş ki, don vurmasın

Qərbi Azərbaycan Xronikası: Anam məni tonqala tərəf tuturmuş ki, don vurmasın

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Ana qucağında 4 dəfə qaçqınlıq görmüşəm" adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kənd sakini Aynur Rüstəmovanın həyat hekayəsinə həsr olunub.

O, 1988-ci il fevralın 14-də doğulduğunu, körpə olarkən anasının qucağında dekabrın soyuq günündə ermənilər tərəfindən kəndi tərk etmək məcburiyyətində qaldıqlarını deyib.

Onun sözlərinə görə, Böyük Məzrə kəndi düzənlik ərazidə yerləşib: "Əhalisi əsasən azərbaycanlılardan ibarət olub. 1918-ci ildə Türkiyədən gələn ermənilər Böyük Məzrə kəndində azərbaycanlıların evlərində məcburi şəkildə yerləşdiriliblər. Bir müddət sonra onlara planlı şəkildə evlər tikilib və elə Plankənd olaraq da adlandırılıb. Azərbaycanlılarla ermənilər mülayim şəkildə yaşayıblar. 1988-ci ilin əvvəllərindən başlayaraq artıq ermənilərin azərbaycanlılara qarşı münasibəti dəyişib. Kəndimizdə bir neçə nəfər erməni zorakılığına məruz qalıb. Vəziyyət o yerə çatıb ki, ermənilər həyətimizə soxulub traktoru aparıblar. Beləliklə, vəziyyət daha da gərginləşib və 1988-ci ilin dekabrın 5-də, səhər saatlarında qadınlar və uşaqlar "Tır"larla Böyük Məzrəni tərk etmək məcburiyyətində qalıblar. Bir gün sonra kişilər də məcburi şəkildə çıxarılıblar. Camaat qışın sərt soyuğunda Gəncəyə, Göygölün Üçbulaq, Hacıkənd, sonra da Çaykənd kəndlərində məskunlaşdı. Qarlı, boranlı, şaxtalı havada həyat sürmüşük. Hamı məcbur şəkildə tonqal ətrafına toplanıb. Anam məni tonqala tərəf tuturmuş ki, don vurmasın".

Uşaqlığının muharibə, döyüş, güllə, top səsləri altında keçdiyini deyən A.Rüstəmova doğma yurda qayıdış ümidini itirmədiklərini bildirib: "Bu ağrılı-acılı günləri uşaq vaxtı yaşadığım üçün o qədər fərqində olmamışam. Amma böyüdükcə, artıq dərk etməyə başladıqca, atamın-anamın bu deportasiya zamanı yaşadıqlarını dinlədikcə, onların gözlərində o həsrəti, o ağrı-acını gördükcə, istər-istəməz ürəyim yaralanır. Böyük Məzrə kəndinin icma sədri kimi, camaatın geri qayıtmaq həvəsini gördükcə, hamımızda həvəs daha da çoxalır. İnanıram ki, Prezidentin dəstəyi ilə biz öz yurdumuza sülh yolu ilə qayıdacağıq. Kəndimizin bulaqlarından su içmək, Məzrə çayının şırıltısını dinləmək, yaşamadığım uşaqlığımı yenidən yaşamaq istəyirəm".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Qərbi Azərbaycan Xronikası: "Anam məni tonqala tərəf tuturmuş ki, don vurmasın"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Mart 2025 01:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri