Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Biz evi ermənilərlə dəyişmədik, satmadıq və halallıq vermədik

Qərbi Azərbaycan Xronikası: Biz evi ermənilərlə dəyişmədik, satmadıq və halallıq vermədik

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Baku TV-də "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı təqdim olunub.

Oxu.Az xəbər verir ki, "Məşhur aktyor: "37 ildir ayrıldığım Zodda ölmək istəyirəm" adlı veriliş Göyçə mahalının, Basarkeçər rayonunun Zod kənd sakini, tanınmış aktyor Elməddin Cəfərovun həyat hekayəsinə həsr olunub.

O, 1981-ci ildə dünyaya gəldiyini, uşaqlıq və orta məktəb illərini xatırlayıb:

"Ailədə üç qardaş, bir bacı olmuşuq. Bütün xatirələrim Zodla bağlıdır. İkinci sinifdə oxuyanda biz məcbur evimizdən çıxmışıq. Kəndimiz böyük, əhalisi çox idi. Türklərin lap qədimdən yaşadığı yaşayış məkanı olub. Zod dədə-babadan türk yurdu olub. Orada türklər yaşayıblar, erməni sakin olmayıb. Ermənilərin Zoda qarşı yüzillik travmaları var idi".

Onun sözlərinə görə, deportasiya zamanı ən son çıxan Zod camaatı olub:

"1988-ci ilin noyabrında Ermənistan SSR-in birinci katibi bizim kəndə gəldi və dedi ki, çıxmalısınız, qərarı SSRİ verib. Zod camaatı çıxmırdılar. Qızıl mədənində işləyənlərin hamısını tutub saxlamışdılar. O dedi ki, tutduqlarınızı buraxın, bizim sizinlə davamız yoxdur, sizə heç nə etməyəcəyik, şərait də yaradırıq, dəhliz açırıq, maşınlar veririk, nə istəyirsinizsə təşkil edirik. Ağsaqqallarla danışıqdan sonra bizimkilər adamları buraxdılar. 1988-ci ilin fevralından ətraf kəndlərdən camaat çıxmağa başlamışdı. Biz sentyabrda məktəbə getdik, oktyabrda məktəbi bağladılar, təhsil dayandı. Ara qarışmışdı. Oktyabrın ortalarında atam bacımı, anamı və kiçik qardaşımı Gəncəyə, babamgilə apardı. Özü isə qayıtdı. Kənddə yalnız kişilər və 7 yaşdan yuxarı oğlan uşaqları qalmışdılar. Biz onlarla birlikdə noyabrın axırlarında çıxdıq. Evi ermənilərlə dəyişmədik, satmadıq, halallıq vermədik. Səhər tezdən, hava işıqlaşmamış, hamımız böyük yük maşını ilə Kəlbəcərdən Gəncəyə gəldik".

E.Cəfərov vurğulayıb ki, yaşlandıqca qəribə bir enerji onu doğma yurda çəkir:

"Orada yaşamaq arzumdur. Yarıda kəsilən uşaqlığımı yaşamaq istəyirəm. İnşallah, doğulduğumuz torpaqlara qayıdacağıq. Doğulduğum torpaqda dünyadan getmək istəyərəm. Çünki ora bizim dədə-babamızın minilliklər boyu yaşadığı yurd-yuvamızdır. Biz haqqımıza gec-tez çatacağıq".

Ümumilikdə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini və doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qərbi Azərbaycan Xronikası: "Biz evi ermənilərlə dəyişmədik, satmadıq və halallıq vermədik"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 May 2025 01:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri